...Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vitali Milonov bəyan edib ki, Rusiya Ədliyyə Nazirliyi məşhur estrada müğənnisi Alla Puqaçovaya xarici agent statusu verməkdən imtina edib, çünki o, yüksək vəzifəli məmurlarla həmişə yaxşı münasibət saxlayır və onların yanında özünü rahat hiss edir.
SİA-nın məlumatına görə, İctimai Xəbərlər Xidmətinin müxbiri ilə söhbətində deputat qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyinin bu qərarı onu heç də təəccübləndirməyib.
O, hakimiyyətdə olan insanların sadəcə onun müdafiəsinə qalxdığını istisna etmir.
Bu baxımdan, Milonov yaxın gələcəkdə sənətçinin Rusiyaya qayıdacağını və ictimai fəaliyyətlə bağlı problemlərinin olmayacağını istisna etmir.
...Və yeri gəlmişkən, may ayında Puqaçova Rusiyaya qayıtmayacağını, çünki bunun üçün dəli olmaq lazım olduğunu söyləyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə