Farrux Bulasaranın “qeyri-qanuni” qızı..?

Əfsanəvi vokalçısı Freddi Merkurinin (Farrux Bulasara) qeyri-qanuni qızının həyatı ilə bağlı təfərrüatlar məlum olub.

SİA-nın məlumatına görə, “Queen” qrupunun məşhur solisti Freddi Merkurinin nikahdankənar bir qızı var.

Bu məlumat musiqiçinin Lesli-Ann Consun müəllifi olduğu “Sevgi ilə, Freddi” adlı yeni tərcümeyi-halında yer alıb.

Cons iddia edir ki, 1976-cı ildə, "Bohemian Rhapsody"nin parlaq uğurundan bir il sonra Merkuri dostunun arvadı ilə romantik münasibətə başlayıb.

Uşaq haqqında məlumat isə yalnız Merkurinin valideynləri, bacısı, yaxın dostu Meri Ostin və qrupun digər üzvlərinin daxil olduğu kiçik bir dairəyə məlum imiş.

Merkurinin qızının hazırda 48 yaşı var. Avropada yaşayır və səhiyyə sahəsində çalışır. 1991-ci ildə o, atasının gündəliklərini alıb və tərcümeyi-halı üçün Conesə təqdim edib.

Dediyinə görə, qadın qayğıkeş ailədə böyüməsinə baxmayaraq, o, həmişə əsl atasının kim olduğunu bilirmiş.

SİA-nın əlavəsi: Deməli, dünyada Freddi Merkuri kimi tanınan əslində isə əsil adı Farrux Bulasara Hindistanda, bu ölkənin ən ucqar əyalətlərindən olan Zanzibarda doğulub.

Maraqlıdır ki, Farruxun fars ailəsində doğulduğu deyilsə də, bəziləri onun Azərbaycanlı olduğunu iddia edirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə