Dünyaca məşhur ingilis rok qrupu "Muse" iyun ayında İstanbulda verəcəyi konserti ləğv edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsert boykot çağırışları səbəbilə 2026-cı ilə qədər təxirə salınıb. Qrup sosial media hesabından verdiyi açıqlamada "Təhlükəsizliyimizi təmin etmək üçün İstanbuldakı konsertimiz 2026-cı ilə qədər təxirə salınıb" deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə