Komediya aktyoru Cem Yılmaz maşınına minərkən kömək istəyən yaşlı kişinin lənətli reaksiyası ilə qarşılaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cem Yılmaz ötən gün Nişantaşıda görüntülənib. O, diş müalicəsi üçün əməliyyat olunduğu klinikadan çıxarkən maraqlı anlar yaşayıb. Cem Yılmaz klinikadan çıxaraq maşınına minərkən yaşlı bir kişi məşhur komediya ustasından kömək istəyib. Cem bəy, kömək edə bilərsinizmi? Qoca Yılmazdan müsbət cavab ala bilməyəndə məşhur aktyoru söyüb və ona bəddua edib. Qoca küçədə qışqıraraq “Allah sənə lənət eləsin” deyərək Cem Yılmazı söyüb.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə