Leps gənc sevgilisi ilə toya necə hazırlaşdığını danışıb

...Qriqori Lepsin 19 yaşlı sevgilisi Aurora Kiba bu yaxınlarda sosial şəbəkədə toyunda üç paltar dəyişəcəyini yazıb. Müğənni, görünür, daha təvazökar bir paltarla getməyi planlaşdırır - o, heç kimə göstərməyəcəyi yeni bir pencək aldığını söyləyib.

SİA-nın məlumatına görə, bu barədə NEWS.ru xəbər verir. Toyun nə vaxt keçiriləcəyini soruşduqda Leps konkret cavab verməyib.

"Yayda",- deyə qısaca bildirib.

“Stolda bir stəkan araq” hitinin ifaçısı ötən yay sevgilisinə evlilik təklifi edib və hər an qeydiyyat şöbəsinə getməyə hazır olduğunu bəyan edib.

“Bəy”in şövqünü yalnız gəlinin təhsil almalı olması dayandırıb: qız London Moda Kollecində dizayner peşəsini mənimsəyir.

Bununla belə, fevralın 21-də Kiba abunəçilərinə xaricdə uzun müddət qalmağı planlaşdırmadığını və Moskva universitetlərindən birində təhsilini davam etdirmək üçün yaya qədər Rusiyaya qayıtmaq niyyətində olduğunu bildirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə