""İnstagram" hesabımın hekayə bölməsində bir paylaşımımın qiyməti 2 min manatdır". SİA xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu "El canlı" verilişində deyib. Sənətçi reklam da qəbul etdiyini deyərək qiymət açıqlayıb: "Mənim sosial şəbəkə izləyicilərim bütün sənət yoldaşlarımdan da, blogerlərdən də, tiktokerlərdən də çoxdur. 3 milyon dörd yüz min nəfər izləyicim var. Olur ki, ödənişlə reklam da qəbul edirəm. "İnstagram"ın hekayə bölməsində bir paylaşımımın qiyməti 2 min manatdır. Bunu da bir həftədə iki dəfə edirəm. Hər təkifi də qəbul etmirəm. Bu hardasa 4-5 aydan bir olur. Əvvəlcə təbii ki, nəyi reklam edəcəyimə baxıram".
Bütün xəbərlər Facebook səhifəmizdə