Məşhur xarici müğənni Rihannanın keçmiş sevgilisi, reper Dreyk yeni mahnısında ifaçını təhqir edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, reper yeni albomunda yer alan "Fear Of Heights" mahnısında Rihannaya söz atıb.

Dreyk trekində Rihannanın adını çəkməsə də, dinləyicilərə hər şey aydın olub. O, Rihannanın son albomu olan "ANTI"nin adını bir neçə dəfə xatırladır və dərhal sonra keçmiş sevgililərindən biri ilə olan seksdən bəhs edir.

Kanadalı müğənni mahnıdakı qızı jarqon sözü "gyal" adlandırır. Bu söz Rihannanın anadan olduğu Barbadosda istifadə olunur və müğənninin "İnstagram" hesabı da "Badgalriri" adlanır. Bildirək ki, Dreyk Rihannanın sevgilisi A$AP Rocky-ə də söz atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə