Aktyor yaşadıqlarını gözyaşı içində dilə gətirib

Fevralın 6-da episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələdə yaxınlarını itirən türk aktyor Uğur Aslan yaşadıqlarını göz yaşları içində danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor 11 ailə üzvünü itirdiyini qeyd edib: "İnsan belə qəribə vəziyyətdə təsəlli tapmağı öyrənir. Bu, təsvir edilə bilməyəcək bir şeydir. Bu vəziyyəti müharibə kimi görürəm. Daim zəlzələ bölgəsindəyəm. Mən sağalmaq üçün davamlı olaraq kiməsə yaxşılıq etməyə çalışıram. 15 milyon insanımız təsirləndi. Çox çətindir. Bizim ağrımız o qədər də sadə deyil".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə