Şəhzadə Henri ilə Elton Conun arası açıldı

Krallıq vəzifələrindən əl çəkdikdən sonra ABŞ-da məskunlaşan Meqan Markl və Şahzadə Harrinin QİÇS Fondunun təşkil etdiyi 31-ci İl Oskar gecəsinə qatılmaması bütün diqqətləri üzərinə çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bütün məşhur adların qatıldığı gecəyə Şahzadə Harri və xanımı Meqan Marklın dəvət olunmadığı da iddia edilib.

Ekspertlər bildirirlər ki, Sussex hersoqu və hersoginyasının məclisə dəvət edilməməsi onların Hollivuddakı təsirinin zəiflədiyinə işarədir.

Gecəyə dəvət olunub-olunmadığı bilinməyən məşhur cütlüyün niyə iştirak etmədiyi məlum deyil. Lakin qeyd edilir ki, artıq Hillivudda önəmli yer tutmadıqlarına görə onlar Elton Conun Oskar gecəsinə dəvət olunmayıblar.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə