Məşhur aktrisa səhhəti ilə bağlı açıqlama verib

Ekranların axtarılan simalarından olan Cansu Dərə sosial mediadan uzaqlaşması ilə diqqət çəkib. Bir müddətdir səssiz qalan məşhur aktrisa Cansu Dərə ilə bağlı naməlum detallar öyrənilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səssiz qalan və zəlzələlərlə bağlı paylaşım etməyən məşhur aktrisa Cansu Dərədən xəbər gəlib. Aktrisa son vaxtlar səhhətindəki problemlərdən danışıb. Evində keçirdiyi qəzada dabanının çatladığını deyən məşhur aktrisa sağalana qədər evdən çölə çıxmadığını bildirib.

Cansu Dərə sosial media ilə bağlı "Heç kimi narahat etmək istəməzdim. Onsuz da sosial mediadan çox istifadə edən biri deyiləm. "İnstaqram"dan da sevincli anlarımı paylaşdığım xatirə albomu kimi istifadə etmək istəyirəm" deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə