Türk aktyor zəlzələdən sonra depressiyaya düşdü

Məşhur türk aktyor Nejat İşlər ötən axşam bir məkanda dostları ilə söhbət edərkən görüntülənib. Jurnalistlərə açıqlama verməyən aktyor fotolarının çəkilməsini də istəməyib.
O, daha sonra fikrini dəyişərək, zəlzələdən sonra depressiyaya düşdüyünü bildirib. "Bu zəlzələ məni depressiyaya saldı. Artıq bu qədər gözləmisinizsə, bir şəkil çəkə bilərsiniz. Daha sonra getsəniz sevinərəm" deyən Nejat İşlər dostları ilə söhbətinə davam edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə