Gənc aktrisa başına gələn duyğusal hadisəni paylaşdı

Məşhurlar da zəlzələ fəlakətinə biganə qalmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu adlardan biri də Ezgi Şenlər idi. Gənc aktrisa sosial şəbəsində yaşadığı bir hadisəni paylaşıb.

Şenlər paylaşımda "Bu gün işıqforun qırmızı işığında 31 nömrə dövlət nişanlı avtomobil gördüm. Pəncərəni açıb "Keçmiş olsun" dedim. Dayı təşəkkür edəndən sonra "Artıq evimiz yoxdur, Ankaraya gəldik" dedikdən sonra ona "Xoş gəldiniz. Başımız üstdə yeriniz var. Ürəyim hələ də ağrıyır. Birlikdə sağalacağıq" şəklində cavab verdim" sözlərini qeyd edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə