Məşhur aktrisa 24 yaşında məktəbi bitirdi

1999-cu il təvəllüdlü Miray Daner gənc yaşlarından aktrisalığa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 7 yaşında sənətə gələn Miray Daner təhsilini davam etdirmək imkanı tapa bilməyib.

Aktrisa işinə görə məktəbə gedə bilmədikdə sinifdə qalıb. O, ən azından orta məktəbi bitirmək üçün yeddi il əvvəl axşam məktəbinə yazılıb, lakin buna da məhəl qoymayıb.

Nəhayət, 24 yaşında bütün imtahanlardan keçən və orta məktəbi bitirən Miray Daner indi universitetə ​​hazırlaşır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə