Gənc aktrisa hər ay bu qədər qazanır

Türkiyənin məşhur “Yalı Çapkını” serialında canlandırdığı “Seyran” obrazı ilə diqqət çəkən Afra Saraçoğlunun hər bölüm üçün nə qədər qazandığı məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər ay cibinə sərvət qoyan məşhur aktrisanın qazancı heyrət doğurub.

İddialara görə, bölüm başına 100 min TL (9 064,54 AZN) alan Saraçoğlu hər ay 400 min TL (36 258,16 AZN) qazanır.

Qeyd edək ki, “Fazilet hanım ve kızları”, “Kardeş çocukları”, “Kötü çocuk” kimi baxımlı seriallarda rol alan Afra Saraçoğlu indi də Türkiyənin “Star TV” kanalının fenomen serialı “Yalı Çakını”nda canlandırdığı obraz ilə gündəmdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə