Mahsun Kırmızıgül 17 ildən sonra Bakıya gəlir

Fevralın 12-də Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisi Mahsun Kırmızıgülün konserti təşkil olunacaq. SİA xəbər verir ki, məşhur pop müğənni 17 illik fasilədən sonra yenidən Bakıda öz sevilən ifaları ilə pərəstişkarları qarşısında çıxış edəcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə