Türk aktrisa Merve Boluğur daha bir addımı ilə müzakirələrə səbəb olub. SİA xəbər verir ki, aktrisa ticarət mərkəzlərindən birində içkili halda görüntülənib. Qeyd olunub ki, Merve tanımadığı bir şəxsin masasında əyləşərək ona qəribə suallar verib. Mervenin bir əlində yemək, digərində isə içki şüşəsi olub. Aktrisanın narahat etdiyi şəxs yerini dəyişib. Onun bu hərəkətlərini görənlər təəccübünü gizlədə bilməyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə