Britaniyalı ailə və uşaqları səkkiz illik dünya səyahətinə çıxıblar...

Kiçik uşaqlar həyatlarının çox hissəsini ayaqyalın və ya şleftlərdə keçiriblər.

Braytondan olan Vud ailəsi 2017-ci ildə həyatlarını kökündən dəyişdi - onlar maşınlarını satdılar, ailə bizneslərini bağladılar, evlərini icarəyə verdilər və uşaqlarını dünya səyahətinə çıxarmaq üçün məktəbdən çıxardılar. İrenka və Alan Vud, uşaqları - Rovan, Darroç və Evan ilə birlikdə - səkkiz il dənizdə keçirdilər və təxminən 40 ölkəni ziyarət etdilər.

Səyahət Yunanıstanda Mothership Adrift adlı 53 futluq Amel Super Maramu yelkənli yaxtasında başladı.

Uşaqlar gəmidə dərsləri real dünya təcrübəsi ilə birləşdirərək öyrəndilər: naviqasiya, dalğıclıq, balıqçılıq, vəhşi təbiəti izləmək, Qalapaqos, Borneodan Karib dənizi və Sakit okean adalarına qədər müxtəlif ölkələrin mədəniyyətləri haqqında məlumat əldə etdilər(?)

İllər ərzində ailə pandemiya, gəmi qəzaları, siklonlar və hətta Qırmızı dənizdə silahlı təhlükə ilə qarşılaşdı.

Buna baxmayaraq, valideynlər bu təcrübəni əvəzsiz hesab edirlər. Uşaqlar nadir heyvanları gördülər, dəniz xilasetmə işlərində iştirak etdilər, uzaqdan imtahanlar verdilər və həyatlarının çox hissəsini ayaqyalın - göyərtədə və ya tropik sahillərdə keçirdilər.

Vudlar səyahətlərini on minlərlə abunəçi toplayan YouTube kanalında sənədləşdiriblər. Onlar dəniz icmasının onlar üçün "okeanda bir kənd"ə çevrildiyini və burada həmişə dəstək tapa biləcəklərini söyləyirlər.

Avropaya qayıdan ailə, Süveyş kanalından Krit adasına üzərək ətraf səyahətlərini başa vurdu.

Yaxta hazırda Yunanıstanda lövbər salıb və Vudlar səyahətləri haqqında kitab nəşr etməyə və Amazon Prime sənədli serialında rol almağa hazırlaşırlar.

Quru torpağa qayıtmalarına baxmayaraq, külək və yeni üfüqlərlə dolu bir həyatın azadlıq və uşaq böyütmək anlayışlarını əbədi olaraq dəyişdirdiyini etiraf edirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə