Son zamanlarda sadhu terapiyasına (mismar üzərində terapiya) maraq daha da artıb. Bəs, bu terapiya həqiqətən də psixoloji cəhətdən insan müsbət təsiri varmı?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, sadhu terapiyası Şərqdə çox məşhur olan terapiyalardan biridir:
”Bu terapiyanın elmi sübutu olmasa da, refleksologiya ilə məşğul olan insanların əksəriyyəti bilir ki, ayaq altı və əl altında müəyyən sinir ucları var və onlara təsir göstərildikdə bədəndə müəyyən oyanmalar və təsirlər baş verir.
Əlbəttə ki, bu üsulu tam şəkildə, iynə ilə və ya həkim göstərişi olmadan tətbiq etmək əks effekt verə bilər. Burada əsas məsələ inancla bağlıdır. Sosial şəbəkələrdə yayılan videolarda Sadhu taxtasının üzərinə çıxan insanların ağrılardan və ya sevinclə ağlaması, müxtəlif emosional dəyişikliklərin baş verməsi izləyicilərdə də inam yaradır. İnsan inandıqda isə hər şeyin müsbət təsirini görmək mümkündür.
Məsələn, sadə bir vitamini dərman kimi yox, həyat dəyişdirici məhsul kimi qəbul etdikdə onun təsiri fərqli olur. Eyni hal Sadhu terapiyasında da müşahidə edilə bilər. Lakin bu terapiyanın elmi dayanıqlığı yoxdur və elmə əsaslanmayan terapiya növlərindən sayılır. Daha çox Şərqdə istifadə olunur və manual terapiyanı sevən insanlar üçün daha effektli ola bilər.
Həm də Sadhu hər insanda eyni təsiri göstərmir – bir insanda fərqli, başqa bir insanda tamam başqa reaksiya verə bilər. Yəni universal və hər kəsə eyni təsir edən terapiya deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB