Səkkiz qurbağanı diri-diri udan Çinli qadın xəstəxanalıq olub...

Bel ağrısını aradan qaldırmaq istəyirmiş...

...Çinli qadın bel ağrısını müalicə etmək üçün səkkiz diri qurbağanı udaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin dediyinə görə, Zhanq soyadlı 82 yaşlı qadın disk yırtığından əziyyət çəkirdi və qurbağa yeməyin bel ağrılarına kömək etdiyini iddia edərək xalq müalicəsini sınamağa qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail xəbər verir.

Deməli, o əvvəlcə üç qurbağa udub...azlıq edib(?) və ertəsi gün isə daha beşini udub.

Ailə üzvləri məqsədindən xəbərsiz qadının istəyi ilə qurbağaları tutublar.

İki gün sonra Zhanq şiddətli qarın ağrısı hiss edib və həkimə müraciət edib.

Həkimlər ona parazitar infeksiya və mədə-bağırsaq traktının zədələnməsi diaqnozu qoyublar.

Xançjoudakı bir xəstəxana xəstənin bədənində parazitlərin, o cümlədən çiy ət yemək və ya suda-quruda yaşayanlarla təmasda insanlara keçə bilən tapeworm Sparganum tapıldığını bildirdi.

...Canlı qurbağaların qəbulu mədə-bağırsaq traktına və infeksiyaya ciddi ziyan vurub, - mütəxəssislər qeyd ediblər. Hadisə Çin sosial mediasında qızğın müzakirələrə səbəb olub, burada həkimlər tibbi əsas olmadan ənənəvi müalicə üsullarının riskləri barədə xəbərdarlıq ediblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə