Uzun üzük barmağı olan kişilər alkoqolizmə meyllidirlər..?

Alimlər maraqlı kəşf ediblər. Alkoqolizmə meylliliyin üzük barmağının uzunluğu ilə müəyyən edilə biləcəyini öyrəniblər. Alimlər müəyyən ediblər ki, üzük barmağının uzunluğu alkoqolizmə meylli olduğunu göstərə bilər.

SİA-nın məlumatına görə, bu kəşfi Polşanın Suonsi Universiteti və Lodz Tibb Universitetinin mütəxəssisləri ediblər.

American Journal of Human Biology (AJHB) jurnalında dərc olunan materialda deyildiyi kimi, alimlər 258 könüllünün məlumatlarını tədqiq ediblər.

Məlum olub ki, könüllünün şəhadət barmağı nə qədər uzundursa, onun alkoqolizmə meyli bir o qədər çox olur. Üstəlik, bu əlaqə kişilərdə daha qabarıq şəkildə özünü göstərirdi.

Müəlliflər bu tendensiyanın kişilərdə müşahidə olunan artan testosteron səviyyəsinin alkoqolizmə meylliliyə təsiri ilə izah oluna biləcəyini təklif etdilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə