...Primorye regional qeydiyyat idarəsinin məlumatına görə, bu il bölgədə bəyin orta yaşı 35, gəlininki isə 33-dür. Üstəlik, “ən gənc” nikah 16 yaşlı gəlin və bəy arasında bağlanıb.
SİA-nın məlumatına görə, regional hökumət saytı xəbər verir ki, yaş baxımından ən yaşlı bəy 89 yaşlı kişi, ən yaşlı gəlin isə 85 yaşlı qadın olub.
Digər rəqəmlər də açıqlanıb. Beləliklə, 2025-ci ildə Primoryedə cütlükdə ən böyük yaş fərqi 31 yaşdır (bəyin 85, gəlinin isə 54 yaşı var).
Qadının daha yaşlı olduğu cütlükdə ən böyük yaş fərqi 29 yaşdır (gəlinin 65, bəyin 36 yaşı).
Primoryedə yeni evlənənlər arasında orta yaş fərqi 4,5 il olub. Bu bölgədə ən çox nikahlar 16-35 yaş arasında bağlanır: bu yaş kateqoriyası bütün yeni evlənənlərin 55 faizini təşkil edir.
36-64 yaş arasında olan cütlüklər daha azdır – 28 faiz.
Evlənənlərin 16 faizi bəylə gəlinin müxtəlif yaş qruplarında olduğu ailələrdir.
Bölgədə yaşı 65-dən yuxarı olan yeni ailə quranların cəmi 1 faizə yaxını var.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə