Şamanka-II qəbiristanlığında daha çox qalıq aşkar edilib...

...Əvvəllər məzarlıqda iki cəsədin basdırıldığı güman edilirdi. Lakin yenidən açılanda məlum olub ki, məzarlıqda üç nəfərin qalıqları var.

SİA-nın məlumatına görə, arxeoloqlar Baykal gölünün cənub sahilində yerləşən Şamanka-II məzarlığında yenidən tədqiqə başlayıblar.

Əvvəllər burada iki dəfnin olduğu güman edilirdi. Lakin dəfn yerinin ikinci dəfə tədqiq edilməsi orada üç cəsədin olduğunu üzə çıxarıb.

“Radiocarbon”-un məlumatına görə, üçüncü qalıqlar təsadüfən tapılıb. Arxeoloqlar ilk iki cəsədi tədqiq edərkən üçüncü şəxsə məxsus çənə ilə rastlaşıblar.

...Qalan qalıqlara gəlincə, məzarlıqda təxminən 45 yaşlı qadın dəfn edilib. İkinci skeletin natamam olduğu müəyyən edilib. Onun kəlləsi yoxdur. Qalıqların yaşlı bir şəxsə aid olduğu güman edilir.

Çənələrə gəlincə, onlar hələ müəyyən edilməyib. Həmçinin, arxeoloqlar üç nəfərin qəbirdə niyə dəfn edildiyini hələ də başa düşə bilməyiblər.

Artıq məzarlıqda 97 qalıəın tapıldığı məlumdur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə