Rusiyada ən bahalı xəz paltosunun neçəyə satıldığı məlum olub. SİA-nın məlumatına görə, onun dəyəri 34 milyon rubl olub.
...Bu samur kürk ölkədə alınan ən bahalı xəz məmulatı olub. Bundan əlavə, bir mink palto 18 milyon rubla satılıb.
Qoyun dərisindən, nutriyadan, yenotdan, dovşan və arktik tülkü dərisindən hazırlanan məhsulların qiyməti 1,4 milyon rubldan 4 milyon rubla qədər göstərilir.
...Ruslar xəz məhsullarına orta hesabla 82,4 min rubl xərcləyirlər.
Bu barədə “İzvestiya” “Dürüst işarə” dövlət etiketləmə sisteminin analitiklərinə istinadən yazıb.
Tələbatda ən böyük artım dovşan (2023-cü illə müqayisədə + 29 faiz), həmçinin arktik tülkü (+ 21 faiz) və yenotdan (+ 15 faiz) hazırlanmış xəz paltolarda müşahidə olunur.
Xəz satışlarının 2023-cü illə müqayisədə 7 faiz azalmasına baxmayaraq, ümumi satış gəliri 7 faiz artaraq demək olar ki, 33 milyard rubla çatıb.
...Yeni il bayramlarında Moskvadan ən bahalı təyyarə biletinin 2 milyon rubla başa gəldiyi də bildirilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə