Rusiyada şəxsi ada alarkən hansı problemlərlə üzləşə bilərsən...

...Təbii ki, məni kimilər üçün olmasa da, amma şəxsi ada məxfiliyi və əmin-amanlığı qiymətləndirənlər üçün ideal yerdir. Qeyd edilməlidir ki, şəxsi ada da gəlir gətirə bilər ki, bu da daxili turizmin inkişafı üçün xüsusilə vacibdir, amma...

SİA-nın məlumatına görə, rusiyalı mütəxxəsis Aleksandr Tolmaçev Rusiyadakı ada bazarındakı işlərdən, onların qiymətinin nə qədər olmasından və sahibləri hansı risklərin gözlədiyindən danışıb.

Beləliklə, ekspert bildirib ki, Rusiya Federasiyasının torpaq qanunvericiliyində “ada” termini yoxdur, onun əvəzinə “torpaq sahəsi” anlayışı var.

Adanın alınması biznes üçün yeni imkanlar açır. Elanlar Volqaboyu, Kuril adaları, Ladoga, Həştərxan vilayəti və digər yerlərdə adaları satışa təqdim edir.

Bəzi mülklər ölkənin şimalında yerləşir, lakin bu, istirahət və ya yaşayış üçün çox sərfəli seçim deyil. Belə obyektlərin qiymətinə bir çox amillər təsir edir.

...Əgər biz adalardan danışırıqsa, məsələn, Yapon dənizi ərazisində, Vladivostokdan uzaqda, Primoryedən, orada qiymətlərin kifayət qədər yüksək olacağı aydındır.

Deyim ki, Tolmaçev bunu “Pravda.RU” ilə söhbətində deyib.

O bildirib ki, alışla bağlı məhdudiyyətlər yalnız kənd təsərrüfatı, sənaye və ya hərbi torpaqlara aiddir.

...Xaricilər Rusiyada ada ala bilməyəcəklər.

Ekspert diqqəti ona yönəldib ki, alqı-satqı hansısa məqsədlə, məsələn, turizmin, balıqçılığın, kənd təsərrüfatının və s. inkişafı üçün həyata keçirilməlidir, çünki dövlətin vergilərdən gəlir əldə etməsi vacibdir.

...Qanunda göstərilir ki, torpaq üç il ərzində təyinatına uyğun işlənilməsə, o, müsadirə olunaraq dövlətə verilir.

...Bundan əlavə, xüsusi bir adanın ərazisində faydalı qazıntılar aşkar edilərsə, deməli, bu, artıq dövlətin mülkiyyətidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə