...Terapevt Nataliya Abuzərova bildirib ki, qadcetlər uşaqların nitq bacarıqlarına əhəmiyyətli dərəcədə təsir göstərir.
Onun sözlərinə görə, səsli köməkçilərdən və chatbotlardan istifadə nitqin sadələşməsinə gətirib çıxarır, belə ki, uşaqlar çox vaxt qısa ifadələrlə məhdudlaşır, mürəkkəb cümlələr qurmaq və sözləri düzgün seçmək qabiliyyətini itirirlər.
...Sadə emojilər sözləri əvəz edir, bu da ünsiyyətin dəqiqliyini və mənasını azaldır.
Uşaqlar qadcetlərdə yeni sözlərlə rastlaşsalar da, onlar həmişə real həyatda söhbətlərdə onlardan necə istifadə edəcəyini bilmirlər və internetdə kobud sözlərə məruz qalmaq onların nitqinə təsir edə bilər.
Abuzərova həmçinin qeyd edib ki, qadcetlərdən uzun müddət istifadə uşaqların diqqətini cəmləmək qabiliyyətini azaldır. Tətbiqlər və qısa videolar arasında tez-tez keçid yalnız qısa müddət ərzində diqqəti cəlb edir, bu da məlumatı qavramağı və yadda saxlamağı çətinləşdirir.
SİA-nın məlumatına görə, mütəxəssislər mənfi nəticələri minimuma endirmək üçün ekran vaxtını gündə 1-2 saata məhdudlaşdırmağı, həmçinin valideynlər və həmyaşıdları ilə canlı ünsiyyəti təşviq etməyi məsləhət görürlər.
Qeyd edilməlidir ki, kitab oxumaq həm də nitq bacarıqlarını inkişaf etdirməyə, lüğət ehtiyatını genişləndirməyə və analitik təfəkkürün inkişafına kömək edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə