Masallıda gənc müəllimlərlə görüş - FOTOLAR

17sentyabr tarixdə Masallı şəhər 4 nömrəli tam orta məktəbdə Masallı rayon ümumtəhsil məktəblərinə MİQ-də iştirak edərək müəllimlik fəaliyyətinə başlayan müəllimlərlə görüş keçrilib. SİA-nın verdiyi məlumata görə, 2019-2020-ci il tədris ilində Masallı rayonu üzrə müxtəlif fənlər üzrə 222 -dən artıq iş yeri vakant göstərilib.

Göstərilən vakant yerlərin əksəriyyəti yüksək nəticə göstərən müəllimlər tərəfindən tutulmuşdur. Onların arasında Azərbaycanın digər rayonlarından gələn müəllimlərin sayı da az deyil. Tədbirdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək işə yeni təyin olunan müəllimləri təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı və bildirdi ki, iş prosesində onlara diqqət və qayğı ilə yanaşılacaqdır. Son illərdə Masallı təhsilində qazanılan uğurları qeyd edən Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov daha sonra bildirdi ki, növbəti dərs ilində tədrisin keyfiyyətini daha da yüksəltmək gənc müəllimlərin qarşısında duran əsas vəzifədir. İstedadlı şagirdlərin aşkar edilməsi, onların istedadının düzgün istiqamətləndirilməsi sahəsində fəaliyyət gücləndirilməlidir. Dərs zamanı sizə rast gələn və çətin tərbiyə olunan məktəblilərə qarşı daha dözümlü, daha səbrli münasibət göstərmək lazımdır. -İstər bu rayondan olan , istərsə də respublikanın digər bölgələrindən gələn gənc müəllimlərə həm məktəb rəhbərliyi, həm də təhsil şöbəsi qayğı göstərəcək, onlrın rahat və səmərəli işləməsi üçün hər cür şərait yaradacaqdır, - deyə T.Əkbərov bildirib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli müvafiq əmrindən irəli gələn vəzifələri gənc müəllimlərin diqqətinə çatdiran T.Əkbərov hər bir müəllimin işə məsuliyyətlə yanaşmağa və təhsilin keyfiyyətinin artırılması yolunda bilik və bacarığını əsirgəməməyə borclu olduğunu bildirib.

Gənc müəllimlərdən - Yeddioymaq kənd 2 nömrəli məktəbin müəllimi Nübar Hüseynova, Mahmudavar kənd tam orta məktəbin müəllimi Gülşən Mirzəyeva, Tüklə kənd tam orta məktəbinin müəllimi Zülfiyyə Həsənova, Mahmudavar kənd ümumi orta məktəbin müəllimi Turanə Veysəlova və başqalarını maraqlandıran suallara cavab verilib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə