“Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” - YENİLƏNİR-FOTO

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” beynəlxalq elmi konfransı keçirilir. SİA xəbər verir ki, konfrans “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı ilə açıq elan olunub.

Daha sonra isə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış nitqini edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, professor Həsən Mirzəyevin Azərbaycan elmi üçün nə qədər əhəmiyyətli bir ictimai xadim olduğunu vurğulayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə