F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 23 aprel -Türkiyə Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş “Kitabla dünyanı fəth et” adlı onlayn görüş keçirilib.
SİA-nın məlumatına görə, görüş 44 günlük Vətən müharibəsi və Çanaqqala şəhidlərinin timsalında bütün türk dünyasının şəhidlərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova çıxışında Azərbaycan ilə Türkiyə arasında olan dostluq, əməkdaşlıq və həmrəyliyin daha sıx tellərlə bağlandığını və bu qardaşlıq əlaqələrinin günü-gündən möhkəmləndiyini qeyd edib. Onlayn görüşün əhəmiyyətini vurğulayan Ş.Qəmbərova bütün uşaqları, uşaq ədəbiyyatı naşirlərini, uşaq yazarlarını bayram münasibətilə təbrik edib və uşaqlara ən xoş arzularını çatdırıb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim kitabların uşaqların xarakterlərinin formalaşmasındakı rolundan bəhs edib və bu günə qədər Respublika Uşaq Kitabxanası ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Görüşdə çıxış edən Azərbaycan və Türkiyə uşaq yazarları, uşaq ədəbiyyatı naşirləri 23 aprel -Türkiyə Milli Suverenlik və Uşaq Bayramı gününün əhəmiyyətindən bəhs edib və uşaqlara öz təbriklərini çatdırıblar.
Görüşün bədii hissəsində “Bir başkadır benim memleketim” “Çırpınırdı qara dəniz”, ”Azərbaycan”, “Bana bir masal anlat baba” mahnıları ifa oxunub və Azərbaycan Türkiyə qardaşlığı haqqında şeirlər söylənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə