“Qonağım ol” rubrikasının növbəti qonağı sevilən uşaq yazarı Solmaz Amanova olacaq

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Solmaz Amanova olacaq.

SİA-nın məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşləri təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.

Görüş çərçivəsində yazıçı, yaradıcılığı haqqında ətraflı məlumat verəcək, həmçinin canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.

Qeyd edək ki, onlayn görüş aprelin 16-da saat 15:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...