“Qonağım ol” rubrikasının növbəti qonağı təlimçi, yazar Eldar Kərimov olacaq

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı yazar, fərdi inkişaf və motivasiya üzrə təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi Eldar Kərimov olacaq.

SİA-nın məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yazarlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarın fəaliyyət istiqamətinin oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

Görüş çərçivəsində yazar fəaliyyəti istiqaməti haqqında ətraflı məlumat verəcək, həmçinin canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.

Qeyd edək ki, onlayn görüş aprelin 2-də saat 16:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə