"Qonağım ol” rubrikasının növbəti qonağı sevilən uşaq yazıçısı olacaq

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Gülzar İbrahimova olacaq.

SİA-nın məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla, uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.

Görüş Novruz bayramına təsadüf etdiyi üçün yazar yaradıcılığında Bahara və Novruz bayramına həsr etdiyi nağıl, şeir və hekayələri haqqında ətraflı məlumat verəcək.
Qeyd edək ki, onlayn görüş martın 19-da saat 15:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə