Xalq rəssamı Arif Hüseynovla virtual görüş keçiriləcək

Əsərlərində tariximizə, onun zəngin etnoqrafiyasına, adət-ənənələrinə, milli dəyərlərimizə bağlı olan rəssamlardan biri də görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovdur. Sənətkar biri-birindən maraqlı saysız-hesabsız qrafik işləri, illüstrasiyaları ilə keçmişlə bu günü özündə bişləşdirən mənəvi körpü yaradır.

Uşaqların intellektual səviyyəsinin inkişafını stimullaşdırmaq məqsədilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasında görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovla virtual görüş keçiriləcək.

SİA-nın məlumatına görə, görüş çərçivəsində rəssam izləyicilərə yaradıcılığı, fərdi və qrup sərgiləri haqqında ətraflı məlumat verəcək. Həmçinin canlı yayıma qoşulan izləyicilərin sualları cavablandıracaq.

Qeyd edək ki, onlayn görüş martın 12-də saat 12:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə