Respublika Uşaq Kitabxanası növbəti vəsaiti istifadəçilərə təqdim edib
F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Əbədiyyətin məşəl aparanı – Qadın ” adlı metodik vəsaiti istifadəçilərə təqdim edib. SİA-nın məlumatına görə, vəsait, mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Əsas məqsəd, tariximizdə, müasir dövrümüzdə Azərbaycan qadınının qəhrəmanlığını, mübarizliyini oxuculara çatdırmaqdır.
Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Qadın gülərsə, bu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək...” adlanır və qadın dəyərlərindən bəhs edir.
İkinci hissə, “Adın şərəflidir sənin, ey qadın...” adlanır və kitabxanada təşkil olunan tədbirlərdən söhbət açılır.
Aşağıdakı linkdən metodik vəsaitlə yaxından tanış ola bilərsiniz-
https://www.clb.az/bdiyytin-ml-aparan-qadn_d3058.html.
Bütün xəbərlər Facebook səhifəmizdə