Oxucular arasında virtual görüş keçirilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının "Qonağım ol" rubrikasının növbəti qonağı gənc yazar Xülya Cəfərova ilə oxucular arasında virtual görüş keçirilib.

SİA-nın məlumatına görə, görüş çərçivəsində yazar kitabları haqqında ətraflı məlumat verib, eyni zamanda canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandırıb. O, həmçinin "Külək" trilogiyasına daxil olan üçüncü kitabını qısa zamanda oxuculara təqdim edəcəyini söyləyib.

Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, müəlliflərin yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara daha da sevdirmək və oxu vərdişlərini artırmaqdır.

Qeyd edək ki, onlayn görüş kitabxananın "Instagram" sosial şəbəkəsi üzərindən reallaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə