Xocalı haqqında metodik-biblioqrafik slayd oxuculara təqdim edilib FOTOLAR
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar metodik-biblioqrafik slayd və tammətnli tövsiyə göstəricisini oxuculara təqdim edib. SİA-nın məlumatına görə, “Əsrin qətliamı - Xocalı” adlı metodik-biblioqrafik slaydda yuxarı sinif şagirdləri üçün Xocalı faciəsi haqqında ədəbiyyat siyahısı əks olunub. Slayd Xocalı faciəsinin qurbanlarına çevrilmiş və soyqırımından əziyyət çəkmiş insanların statistik göstəricilərinin nümayişi ilə başlayır.
Slaydda Xocalı soyqırımının tarixi gerçəkliklərindən bəhs olunan müxtəlif kitablar annotasiyaları ilə birgə nümayiş edilir. Kitablar sırasında Əsli Xəlilqızının “Güllələnmiş uşaqlıq”, Sadir Məmmədovun “Xocalı Soyqırımı”, Sülhiyyə Musaqızının “Azərbaycan terrorizmin caynağında”, Səriyyə Müslümqızının “Dünya susmasın gərək”, Nəsiman Yaqublunun “Xocalı Soyqırımı”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, Salatın Əhmədlinin “Başdaşı əhvalatı”, Adil Həşimovun “Arpaçayın nisgili”, Sabir Məmmədovun “Tarixi saxtalaşdırmaq cinayətdir”, Sevinc Nuruqızının “Qisas” əsəri yer alıb.
“Xocalı soyqırımı” adlı tammətnli tövsiyə göstəricidə 51 kitab və 27 dövri mətbuatda dərc edilən materiallar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə