Reyhan Yusifqızı “Qonağım ol” layihəsinin qonağı olub

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi "Qonağım ol" layihəsinin ilk qonağı olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi Reyhan Yusifqızı ilə oxucular arasında virtual görüş keçirilib.

SİA-nın məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara sevdirmək, oxu vərdişlərini artırmaq, kitab və kitabxanaların rolunu onların hərtərəfli inkişafındakı əhəmiyyətini bir daha vurğulamaqdır.

Onlayn görüş kitabxananın "Instagram" sosial şəbəkəsi vasitəsilə baş tutub. Canlı yayımda Reyhan Yusifqızı oxucuların suallarını cavablandırıb, kitabları haqqında oxucuları məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə