Respublika Uşaq Kitabxanası yeni layihə ilə oxucuların görüşünə gəlir

F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Qonağım ol" adlı yeni layihəsi ilə oxucuların görüşünə gəlir. SİA-nın məlumatına görə, "Qonağım ol" rubrikasında oxucular bu dəfə "Instagram" sosial şəbəkəsi vasitəsilə layihənin ilk qonağı olan Azərbaycan yazıçılar birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, yazıçı Reyhan Yusifqızı ilə canlı yayıma qoşulmaq imkanı əldə edəcəklər.

Oxucular canlı yayım zamanı Reyhan Yusifqızı ilə diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, canlı yayım fevralın 12-də, saat 15:00-da kitabxananın "Instagram"dakı (childlibazerbaijan) səhifəsində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə