Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filiallarının və metodistlərin istifadəsi üçün nəzərdə tutulan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib.

SİA-nın məlumatına görə, vəsait uzun illər "Göyərçin" uşaq jurnalının redaktoru işləmiş, uşaq yazarı və şair Tofiq Mahmudun 90 illik yubileyi münasibətilə hazırlanıb.

Vəsaitin birinci hissəsi "Uşaq dünyasının səyyahı" adlanır və Tofiq Mahmudun həyat və yaradıcılığından bəhs edir. İkinci hissə "Oxu, öyrən, gəz, tanı, Doğma Azərbaycanı" adlanır. Vəsaitdə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlərdən söhbət açılır.

İstifadəçilər vəsaitdə sevilən şairimiz Tofiq Mahmudun "Yola çıxıram", "Mənim kürəkənim", "Dibçək", "Buzovna qayaları", "Utancaq oğlan", "Açıqdır pəncərəm", "Alpinistlər", "Meşədə səs", "Ana qucağı", "Qızımın sualları", "Dalğalar", "Ulduzlar, düşüncələr", "Pəncərəyə toxunan budaq", "Kəpənək gözəlliyi", "Məhəbbətim sirr deyil" kitablarının müzakirəsi ilə də tanış ola bilərlər.

Oxucular vəsaitdən bu linkdən istifadə etməklə yararlana bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə