Respublika Uşaq Kitabxanası yeni metodik vəsaiti oxucuların ixtiyarına verib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ceyhun Hacıbəylinin 130 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulmuş növbəti metodik vəsaiti istifadəçilərin ixtiyarına verib.

SİA-nın məlumatına görə, vəsait iki hissədən ibarətdir. I hissə Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edir - "Qürbətdə bitən ömür-sönməyən azadlıq eşqi" adlanır. II hissə isə "Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi Ceyhun Hacıbəyli" adlanır.

İstifadəçilər, vəsaitin II hissəsində, yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlər haqqında məlumatlanacaqlar.

Qeyd edək ki, vəsaitdə görkəmli şəxsiyyətlərin Ceyhun Hacıbəyli haqqında söylədiyi fikirlər, onun haqqında yazılmış kitabların sərgisinin sxemi də verilib.

Oxucular vəsaitdən bu linkdən istifadə etməklə yaralana bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə