“Oxunan hər kitab nurlu sabahdır” adlı kitabbağışlama aksiyasına başlanılıb
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Kitab Bağışlama Günü ilə əlaqədar yanvarın 21-dən fevralın 11-dək “Oxunan hər kitab nurlu sabahdır” adlı kitabbağışlama aksiyasına başlayıb. SİA-nın məlumatına görə, aksiyanın keçirilməsində məqsəd erməni terroruna məruz qalmış Gəncə, Bərdə, Tərtər rayonlarında yaşayan uşaq və yeniyetmələrə kitab töhfəsi etmək, gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, mütaliəyə həvəs oyatmaq və hədiyyə qismində məhz kitabın seçilməsi ənənəsini təbliğ etməkdir.
Ətraflı məlumat əldə etmək və aksiyaya qoşulmaq üçün İ[email protected], [email protected] və [email protected] elektron poçt ünvanlarından birinə müraciət etmək və ya (+99412) 5970879 nömrəsinə zəng vuraraq əlaqə saxlamaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə