Azərbaycanda bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır - TƏHLİL
Azərbaycan cəmiyyəti modernləşdikcə, sosial-iqtisadi sferada əldə olunan nailiyyətlərin sayı artdıqca sosiumdakı neqativ hallara qarşı mübarizəni aktuallaşdırmış olur. Bu mənada da, Prezident İlham Əliyevin korrupsiya kimi neqativ hallara qarşı başlatdığı mübarizə artıq effektini verməkdədir. Ümumiyyətlə, bir çox dövlətlərdə sosial bəlaya çevrilən korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində ölkəmizdə əvvəlki illərdə görülən mütəmadi işlər problemin dərinləşməsinin qarşısını alıb. 2011-ci ili isə bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsində, effektliliyinin artırılmasında yeni və həlledici mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Artıq antikorrupsiya tədbirlərinin genişləndirilməsi və sərtləşdirilməsi öz müsbət nəticələrini verməkdədir. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş iclasındakı nitqində də bildirdiyi kimi, bu proses davamlı xarakter daşımalıdır: "Bu siyasət davam etdiriləcəkdir. Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir". Dövlət başçısının qeyd etdiyi kimi, mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır: "Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha da güclü olmalıdır".
Həqiqətən də, antikorrupsiya tədbirlərinin intensiv surətdə həyata keçirilməsi prosesin kampaniya xarakteri daşımadığını deməyə əsas verir. Xatırladaq ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunan iclasında korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində tapşırıqlarından sonra məsələ ilə bağlı təsirli tədbirlər intensiv xarakter aldı. Sözügedən iclasdan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında neqativ hallara qarşı mübarizə tədbirlərinin genişləndirilməsi və bu sahədə işlərin sistemli görülməsi üçün səmərəli mexanizmin yaradılması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdu. Bundan sonra dərhal bütün dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirildi, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirildi. Bu yöndə praktik işlərin icrasında əsas qurum kimi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıcı funksiyanı yerinə yetirir. Təqdirəlayiq hal həm də ondan ibarətdir ki, cəmiyyətdəki neqativ hallarla mübarizədə vətəndaş-dövlət həmrəyliyinə nail olunub. Əksər dövlət qurumlarının nəzdində yaradılan "qaynar xətt"lər vasitəsilə vətəndaşlar rastlaşdıqları qanun pozuntusu ilə bağlı istənilən vaxt müvafiq orqanları məlumatlandırmaq imkanı əldə ediblər. Bu problem əsas etibarilə birbaşa olaraq cəmiyyətlə bağlı olduğundan onun tamamilə aradan qaldırılması üçün vətəndaşların bu işdə dövlətlə həmrəylik nümayiş etdirməsi vacibdir. Vətəndaşları dəfələrlə korrupsiya əleyhinə mübarizədə aktiv olmağa çağıran ölkə başçısı Nazirlər Kabinetinin son iclasında bu məsələni bir daha vurğulayıb: "Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər. Azərbaycanda, ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır".
Qeyd etdiyimiz kimi, korrupsiya və rüşvətxorluqla mübarizə çərçivəsində real tədbirlər görülür. Praktik addımların tərkib hissələrindən birində vəzifəsindən sui-istifadə edən, neqativ hallara yol verən şəxslərə qarşı qanuna uyğun şəkildə cəza tədbirlərinin görülməsidir. Bunun təsdiqi olaraq, vətəndaşların şikayətləri və dövlət idarələrində aparılan nəzarət-yoxlama tədbirləri əsasında qanun pozuntusuna yol verən şəxslərin aşkarlanması və məsuliyyətə cəlb edilməsi hallarını göstərə bilərik. Məsələn, bu günlərdə şəffaflığın təmin olunması, vergidən yayınmanın qarşısının alınması və hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsində aparılan işlər nəticəsində 4 nəfəri gömrük əməkdaşı olmaqla 11 nəfərdən ibarət cinayətkar qrup sənədlərin saxtalaşdırılması, korrupsiya və digər qanunsuz əməllərinə görə həbs olunub. Bütün sferaları əhatə edən antikorrupsiya tədbirləri səhiyyə sahəsini də əhatə edir. Belə ki, araşdırmalar nəticəsində xəstələrə tibbi yardımın təşkilində yol verdikləri nöqsanlara, şikayətlərin yaranmasına səbəb yaratdıqlarına görə 4 tibb işçisi vəzifəsindən kənarlaşdırılıb, 16 nəfərə şiddətli töhmət, 20 nəfərə töhmət elan olunub, 26 səhiyyə işçisinə isə yazılı və şifahi xəbərdarlıq edilib. Sözsüz ki, şəffaflığın qorunmasına nəzarətin gücləndirilməsi, qanunu pozanlara qarşı cəza tədbirlərinin görülməsi neqativ halların və eyni zamanda, şikayətlərin azalmasına səbəb olur. Görülən tədbirlərin gələcəkdə də qətiyyətlə davam etdiriləcəyini nəzərə alsaq, korrupsiya və rüşvətxorluq probleminin tezliklə birdəfəlik həllini tapacağını söyləyə bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB