Bu gün Azərbaycan Demokrat Partiyasının qərargahında Əli Kərimlinin radikal dini qrupların nümayəndələri ilə görüşü keçiriləcək. Tədbirin Əli Kərimliyə yaxınlığı ilə seçilən, İranın Qum şəhərində dini təhsil almış və bu ölkənin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan Hacı İbrahim adlı şəxs tərəfindən təşkil olunduğu bildirilir.
Məlumata görə, tədbirdə Azərbaycan İslam Partiyasının, Azərbaycanda son zamanlar fəallaşan iranmeylli şiə məzhəbli dini qurumların, "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhabilərin, "Taliban" hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələri iştirak edəcəklər. Görüşdə aprelin 2-də keçirilməsi nəzərdə tutulan etiraz aksiyasında xüsusi təşkil olunmuş radikal dini qrupların taktikası, şüarları, hərəkət istiqamətləri, onların AXCP ilə birgə fəaliyyəti məsələləri müzakirə olunacaq.
Bəli, xoruzun quyruğu artıq görünür. İndiyə qədər şəxsən mənə elə gəlirdi ki, bizim radikal müxalifət yalnız Qərbdəki ağalardan alınan tapşırıqla və maliyyə ilə hərəkət edir. Sən demə belə deyilmiş! Bunlar ikili oyun oynayırlarmış! Özü də xidmət etdikləri qüvvələr bir-bir ilə düşməndir. ABŞ-ın İranla əməkdaşlıq edənlərdən xoşu gəlmir, İranın isə ABŞ-la. Bunlar necə edirlərsə, hər iki tərəfi razı salırlar. Bərəkallah! Kim nə deyirsə desin. Bizim radikal müxalifət o qədər də "tupoy" deyil.
Görmürsünüzmü, 2 düşmən tərəfə eyni vaxtda xidmət edir, amma yaxalanmırlar. Bu, bir möcüzədir, vallah. Əli Kərimovda və İsa Qəmbərovda belə kəllə olması inandırıcı deyil. Belə çıxır ki bunların müəllimləri güclüdür.
Əslində, bu iki düşmən qüvvə ancaq bir məsələdə- Azərbaycanı qarışdırıb iğtişaşlar törətmək, ölkəni zəiflətmək məsələsində bir araya gəlir, bir qüvvəni dəstəkləyirlər. Bu məqamı bizim radikallar yaxşı tutub və gen-bol yararlanırlar. Əslində düz də edirlər. Erməni lobbisindən yararlanmaq cəncəl işdir gec-tez üzə çıxır, xalq üzlərinə tüpürür, həm də onlarla konspirativ bağlantılar baha başa gəlir. Amma bu Qərb dairələri, ETTELAT-la əməkdaşlığa başqa don geydirməyə nə var. Bunların minlərlə adda təşkilatları var, düzdür hamısının bir məqsədi var, amma nə olsun üzdə mələkdirlər. Bərkə düşəndə deyəcəksən ki, bəs biz demokratik inkişafla bağlı, ya da soydaşlarımızın problemləri ilə bağlı görüşlər keçiririk.
Azərbaycanda uzun illər böyük pullar xərcləyib, böyük layiuhələr həyata keçirən Qərb dairələri, ya da böyük molla şəbəkəsi yaradıb, yüzlərlə qəzet-jurnal, sayt saxlayan İran sonda uğursuzluğa uğradı. Amma bizimkilər onlara arxasalarında böyük xalıq kütlələrinin dayandığını, cəmiyyətə böyük təsir imkanlarının olduğunu demişdilər.
Köhnə ingilis taktikası- "parçala hökm et" siyasəti Azərbaycanda işə yaramadı. Bu planı həyata keçirmək üçün bir Tanrı bilir nə oyunlardan çıxdılar. Öncə etnik zəmində qarşıdurmalar yaratmaq istədilər alınmadı, sonra dini zəmində, yenə alınmadı. İndi də siyasi zəmində cəmiyyətdə qarşıdurma yaratmaq işinə başlayıblar.
Bir neçə ay öncə "verbovka" olunmuş dindarları küçələrə çıxarmaqla ölkədə iğtişaş yaratmaq istəyəndə bizim cəmiyyət vahid mövqe ortaya qoydu və bildirdi ki biz dünyəvi dövlətik, kim dini diktatura hökm sürən ölkədə yaşamaq istəyirsə, buyursun İrana ya da Səudiyyəyə.
Amma bunlar getmədilər. Çünki həmin ölkələrdə normal insan kimi yaşamağın mümkün olmadığını yaxşı bilirlər. Demək bunların davası din davası deyil, dən davasıdır.
Öz aramızdır, bizim müxalifət də ağ eləyib. A balam o boyda ingilisin pulunu basıb yeyirsiniz, amma düz-əməlli bir şou göstərə bilmirsiniz. Ayıb deyilmi, Com əmi pulu yerdənmi yığır? Müxtəxorlar!
Bax elə yaxşı eləyib son vaxtlar sizdən üz döndəriblər. Görün nə gündəsiniz ki, ağ evdəki qara ağalarınız sizi öz nəzarətlərində olan radikal dini terror təşkilatlarının nəzarətinə verib. Yəni, siz bizim təşkilatlarla görüşmək səviyyəsində deyilsiniz, gedin saqqallı terroristlərlə danışın, bəlkə onlar sizə kömək etdilər.
Əgər artıq çirkin planlarınızı həyata keçirmək üçün ümidiniz vəhabilərə, nurçulara, radikal şiələrə, "Hizbullah", "Taliban" kimi terrorçu təşkilatlara qalıbsa, onda ərəblər demiş vay sizin halınıza.
Ərəblər demişkən, indi ağalarınızın bəzi ərəb ölkələrində başladığı təcavüz prosesindən ruhlanıb elə bilirsiniz siz də burada həyasızlıq salıb ölkəni qarışdıracaqsınız, Con əminiz də gəlib sizi hakimiyyətə mindirəcək? Ay-hay, ölmüşdü Xankişi!
Keçən dəfə 5-10 tələbəni qızışdırıb saldınız ortalığa, şou göstərdilər, amma bu konsert ağalarınızın o qədər də xoşuna gəlmədi deyəsən. Çünki aksiyaya xalqdan heç kim qatılmadı. Xalq adına bircə jurnalistlər var idi, onlar da öz peşə borclarını yerinə yetirirdilər.
Sadəcə bəzi qəzetlər çaşıb oraya şou-biznes müxbirlərini yox, reportyorlarını göndərmişdi, o üzdən də bu haqda xəbərlər siyasi bölmədə getdi. Eybi yoxdur növbəti konsertdə (aprelin 2-də keçirmək istədiyiniz icazəsiz hayasızlıq aksiyasını nəzərdə tuturam) bir az maraqlı proqramla çıxış edərsiniz, bəlkə ağalarınız 5-10 dram... eeh dollar artıq göndərdi.
Beləliklə, bizim radikal müxalifət liderlərinin seçim qarşısında qalıblar- ya adi insanlar kimi cəmiyyətə xeyirli, səmərəli bir işlə məşğul olmaq, ya da ölkədən çıxıb getmək. Bizim xalqa satqın, sifarişlə ara qatan, hakimiyyət üçün hər şeyə gedən müxalifət lideri lazım deyil. Bu dilemmada düzgün seçim üçün lap az vaxtınız qalıb, buyurun seçin cənablar və xanımlar!

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB