Sorosun batmış milyonları və yaxud Yaxın Şərqdə həyata keçirilən “parçala hökm sür” siyasəti Azərbaycanda nədən effekt vermədi? - ANALİZ
Bütün dünyada, elecə də post-sovet məkanında son illərdə baş vermiş bir çox hakimiyyət dəyişikliyində Soros Fondunun və Açıq Cəmiyyət İnstitutunun önəmli rol oynadığı hər kəsə məlumdur. Corc Sorosun rəhbərlik etdiyi qurumlar Ukrayna, Qırğızstan və Gürcüstandakı hakimiyyət dəyişikliyi prosesinin təşkili və maliyyələşdirilməsində bir başa iştirak ediblər. Sorosun Azərbaycanda da belə planı var idi, amma bu, alınmadı…
Sorosun məqsədi nədir?
Sorosun nəzarətində olan fondlar və digər qurumlar bir çox ölkələrdə hakimiyyət dəyişikliyi ilə üçün həmin ölkələrdəki radikal müxalifət partiyalarını və ictimai qurumları maliyyələşdirməklə məşğul olur. Soros fondunun maliyyələşdirdiyi NED (National Endowment for Democracy-Demokratiya üçün Milli İanə fondu) və OSI (Open Society Institute-Açıq Cəmiyyət İnstitutu) IMET proqramını da maliyyələşdirilməsində fəal rol oynayır. IMET, NATO-ya daxil olan ölkələrin zabitlərinin təlimiylə məşğul olan bir qurumdur. OSI-nin bir çox ölkələrdə baş vermiş siyasi-ictimai hərəkatları maliyyələşdirdiyi artıq çoxlarına məlumdur. Bunlardan biri də 2005-ci ildə Özbəkstanda baş verən hadisələrdir.
OSI Özbəkstanda Fətullah Gülənin bu ölkədəki təhsil müəssisələriylə sıx işbirliyi içərisində fəaliyyət göstərirdi. Məlum Özbəkstan hadisələrindən sonra fətullahçı təhsil qurumlarının bu ölkədəki fəaliyyətinə son qoyulmasının arxasında da bu fakt durur.
Ukraynada, Gürcüstanda, Qırğızstanda və digər ölkələrdə Sorosun fitvası ilə baş verən iğtişaşların və çevrilişlərin bu ölkələrin xalqlarına necə baha başa gəldiyi ortadadır. Post-sovet məkanında işlədilən məşhur ifadə var: "ingilis barmağı". Bax həmin o barmağın müdaxilə etdiyi yerdi heç bir xeyir iş ola bilməz. Olsa-olsa o ölkələri Qərbin imperialist dairələrinin təsiri altına almaq, həmin ölkələri istismar etmək, onların xalqlarını mümkün qədər sürətlə sümürməkdir.
1999-cu ildə Türkiyədə Bülənt Ecevit hökuməti dövründəki iqtisadi böhranı, sonra da "xilaskar" kimi ölkəyə dəvət edilən Kamal Dərviş C.Sorosun yaxın dostalarındandır. Türkiyədə Soros fondu ilə sıx işbirliyi içində çalışan təşkilatlardan ikisi ARI hərəkatı və TESEV-dir. Bu iki QHT Kamal Dərvişin "islahatlarını" canfəşanlıqla dəstəkləyən əsas sivil təşkilatlardandır.
Bu islahatların Türkiyə dövlətinə və xalqına necə baha başa gəldiyi məlumdur. Bu iki təşkilatın Azərbaycandakı bəzi siyasi partiyalarla da müəyyən əlaqəsi var.
Kərimov və Qəmbərovun Soros sevgisi
Azərbaycan radikal müxalifətinin liderləri hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazır olduqlarını hər zaman nümayiş etdiriblər. Bu mənada onların C.Sorosla əlaqələri anlaşılandır. Dəfələrlə Sorosun müxtəlif təşkilatları ilə gizli işbirliyində bulunan İsa Qəmbərov və Əli Kərimov məqsədinə çatmayıblar.
Hələ 2005-ci ilin iyul ayında AXCP sədri Əli Kərimov Türkiyədə səfərdə olarkən bir sıra siyasi, ictimai və iqtisadi fəaliyyətlə məşğul olan təşkilatların rəhbərləriylə görüşmüşdü. Bunların arasında ARI, TESEV, TÜSİAD, Rotary klubu da var idi. 2005-ci ildə Türkiyə mətbuatı İsa Qəmbərovun İstanbulda Corc Sorosla görüşdüyü barədə xəbərlərə öz səhifələrində yer vermişdi. 2005-ci ilin iyun ayının 13-də İstanbula gələn İsa Qəmbərov İstanbulun Nəqqaştəpə səmtində yerləşən və milliyətcə kürd olan, Türkiyə mediyasında adı narkobaron olaraq hallanan Hüseyn Baybaşinə məxsus villada Corc Sorosla görüşmüşdü.
Bu görüşdə Türkiyənin Mustafa Koç (Koç holdunqin sahibi Rahmi Koçun oğlu), Aydın Doğan (mediya patronu, Doğan holdinqin sahibi), Tuncay Özilhan kimi bir neçə məşhur simaları da iştirak edirdilər. Türkiyə mediasında yazılanlara görə bu görüş nəticəsində Corc Soros Azərbaycandakı 2005-ci il parlament seçkilərində müxalifətin fəaliyyətini maliyyələşdirmək üçün 30 milyon dollar pul ödəmişdi. Lakin 2005-ci il seçkilərinin müxalifət rüsvayçı şəkildə başa çatdığı artıq məlumdur.
Bəs bu qədər xarici dəstəyin, güclü maliyyənin qarşılığında radikal müxalifət nədən heç nəyə nail ola bilmədi? Bunun cavabı çox sadədir. Azərbaycan xalqı bunların iç üzünü 90-ların başlanğıcında görüb və hakimiyyətdə olarkən nə oyunlardan çıxdığının şahidi olub. İndi yenidən bu fırıdaqçılara nədən dəstək versin ki? Əslində, Azərbaycanda hər hansı bir prosesin getməsində maraqlı olan mərkəzlər o qüvvələrlə işləyə bilərlər ki, onlar həqiqətən siyasi proseslərə təsir imkanlarına malik olsun və yaxud bura qədərki fəaliyyətləri şəffaf olsun. Sözügedən qüvvələri isə, bu sıraya aid etmək olmaz.
Lakin, ölkədə başqa satqınları, həm də bir qədər məşhur olan satqınları hardan tapsınlar? Ona görə də, "hər şeyin təzəsi, dostun köhnəsi" deyibən, paraları ötürürlər bunlara. Son günlər yayılan məlumatlara görə, müxalifətin yaratdığı "İctimai Palata"ya Soros Fondu tərəfindən ölkədə iğtişaş və qarşıdurma törətmək üçün 10 milyon dollar vəsait ayrılıb.
Azərbaycan kimi güclü maliyyə imkanları olan ölkə üçün bu məbləğ "semiçka pulu" belə deyil. Amma acgöz, müftəxor, satqın biriləri üçün 10 milyon dollar böyük puldur. Lakin bu pulu da batmış hesab etmək olar, Soros üçün batmış yəni, radikal liderlər üçün batıb-eləməyib, bəzi gənclər meydanlarda artistlik etdirilərək həzm rabedən keçirilib.
Səni lənətə gələsən, Con!
Beləliklə, bir sıra ölkələrdə reallaşdırılan planlar Azərbaycanda baş tutmadı. Çünki, bizim xalqımız "gözü çıxan qardaşdan" dərs almağı çoxdan öyrənib. Necə deyərlər, "başına gələn başmaqçı olar". Bir zamanlar dünyada güc balansı var idi, SSRİ dünyanın ən qüdrətli dövləti olaraq ABŞ-ın Avropanın dünya xalqlarının başına çadığı oyunlara biganə qalmır, bir çiox yerlərdə ingilis barmağını sındırırdı. Məhz bu üzdən Qərb bütün gücünü Sovet İttifaqını dağıtmağa qoydu və sonda buina nail oldu.
İndi meydan boşdur, bunların qarşısında dayanmaq qüdrətində olan bir qüvvə belə yoxdur. O üzdən dünya ölkələrinə rahatca müdaxilə edir, iğtişaşlar, qrığınlar salır, əhalini bir-birinə qırdırır və sonda istismarçı siyasət işə düşür.
Örnək olaraq, son vaxtlar Yaxın Şərq ölkələrində yaranmış durumu göstərmək olar. İraq, Əfqanıstan, Misir, Liviya, Tunis, Yəmən və sair ölkələrdə qan su yerinə axır, ölənlərin sayı-hesabı yoxdur, şəhərlər və kəndlər xaraba qalıb. Qazanan kimdir? Təbii ki, Qərb imperialist dairələri- ABŞ, Avropa və s. ABŞ əsgərləri şərqliləri uşaq, qadın, qoca demədən çəyirtkə kimin qırır, bərkə düşəndə deyirlər səhv olub. Bir dəqiqədə 9 əfqan uşağını qətlə yetirirlər, əllərində alət olan dünya mediasında bir cümlə belə bu haqda xəbər getmir.
Ən son texnologiyaya dayanan ultra-müasir hərbi təyyarələr- hansı ki hədəfə sm dəqiqliyi ilə raket zərbəsi endirmək qüdrəti var- nədənsə çox vaxt "səhvən" mülki obyektlərə zərbə endiri və onlarla dinc insan həlak olur. Adını da qoyurlar terrorçulara qarşı mübarizə aparırıq.
Soruşan yoxdur ki, mister, bağışlayın, bu terrorçu dəstələri yaradan sən deyilsənmi? Hərbi təyyarə və vertolyotlarda Əfqanıstandan milyardlarla dollar dəyərində olan narkotiki daşıyan sən deyilsənmi? Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin qoşa göydələnlərini dağıdan, 5 mindən artıq vətəndaşını qətlə yetirən, bunun üzərindən Yaxşı Şərqə terrorçu axtarmaq adı ilə müdaxilə etmək imkanlarını artıran sən deyilsənmi? Türkiyədə aranı qarışdıran, İrana barmaq silkələyən, Qafqazda bir ölkəni qızışdırıb müharibəyə qaldıran, sonra arxasından çəkilən sən deyilsənmi?
Sənin dərdin ədalət, insan hüququ, demokratiya deyil, ser! Belə olsaydı, İranda öldürülən minlərlə azərbaycanlını görərdin, Ermənistanın Azərbaycana qarşı soyqrımını və işğalını görərdin. Sənin dərdin başqadır, amma dərmanı Yaxın Şərqdə, ya da Qafqazda deyil!
Bəsdir, Şərq ölkələrini terrorçu axtarmaq adı ilə xaraba qoydunuz! Bəlkə əsil terrorçuları Vaşintqtonda axtarasınız? Con əmi, sənin şərəfsizliyin, istismarçı siyasətin, "parçala hökm et" taktikan dünya xalqlarına, dinc insanlara çox başa gəlir, ser! Lütfən bizdən əlini çək! Barmağını hara gəldi soxma, bir gün dünya xalqları boğaza yığılıb o barmağı birdəfəlik qırıb atacaqlar tarixin arxivinə! Amerika kinolarında ən çox işlənən ifadə artıq bütün insanların dilində tez-tez təkrarlanır- "Səni lənətə gələsən, Con!". Fərqində deyilmisiniz??!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB