Azərbaycanda bir sıra xarici media quruluşlarının yerli şöbələri və büroları sərbəst fəaliyyət göstərir. Bunlardan biri də "Azadlıq" radiosudur. O radio ki, bütün dünyada ABŞ-ın siyasətini yeridir və fəaliyyət göstərdiyi ölkələrdə anti-milli, anti-dövlət səpkili proqramlar yayımlayır.
Saxta azadlıq "nəğmə"ləri
Bu radio ilə tanışlığım Sovet hakimiyyətinin son illərindən- Azərbaycanda Milli Azadlıq Hərəkatının vüsət aldığı zamanlardan başlayıb. Mirzə Xəzərin təqdimatında Münhendən yayımlanan bütün verilişləri böyük maraqla dinləyirdik. O zamanlar "Azadlıq" radiosu kapitalist dünyasından təcrid olunmuş, bir növ informasiya blokadasında yaşayan sovet vətəndaşları üçün əsas xəbər qaynağı idi.
Radionun efirində xaricdə baş verənlərlə yanaşı, sovetlərdə yaşananlar da açıq şəkildə yayımlanırdı. Milli azadlıq mübarizəsi zamanı dünyanın altıda birini əhatə edən qüdrətli bir dövlətin daxilində mehriban yaşayan xalqların milli hisslərinin qızışdırılması və Sovet hakimiyyətinə qarşı mücadiləyə təhrik olunmasında bu radionun da önəmli rolu var idi.
Radionun Azərbaycan bölməsinin efirində daim cənublu-şimallı milli problemlərimiz işıqlandırılır, xalq mərkəzi hakimiyyətə qarşı milli mücadiləyə təhrik olunurdu. Yeri gəlmişkən, eyni missiyanı "Amerikanın səsi" radiosu da həyata keçirirdi.
O zaman sadəlövh gənclər olaraq bizlər bunu "sivil dünya"nın milətimizin halına yanmağı kimi anlayırdıq. Gerçək amacın millətlərarası münasibətləri qızışdıraraq Sovetlər Birliyini içdən parçalamaq kimi müdhiş və qlobal strateji planı həyata keçirmək olduğunu sonralar- artıq bu nəhəng superdövlət dağıldıqda anladıq.
"Azadlıq"ın azad olmayan efir yayımları
Müstəqlliyimizi bərpa edəndən sonra ölkədə azad mətbuat ortaya çıxdı və xarici yayımlara tələbat azaldı. Lakin bu qlobal yayım qurumları ölkəmizdə olan media azadlığından yararlanıb paytaxtımızda bürolarını açdılar və ölkənin içində fəaliyyət göstərməyə başladılar. Ədalət naminə qeyd edək ki, bu radiolar hələ də dinlənir. Düzdür, 2009-cu ildə ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq, sözügedən radioların yerli dalğada yayımı dayandırıldı, lakin bu media orqanları öz fəaliyyətlərini uzun dalğada, peyk yayımı və internet üzərindən davam etdirirlər.
Təəssüf ki, hazırda həmin radiolar, xüsusilə də "Azadlıq" radiosu anti-Azərbaycan siyasəti yürüdür. Radionun verilişlərini və internet saytında yaydığı məqalələri analiz etdikdə ortaya maraqlı mənzərə çıxır- "Azadlıq" radiosu bütün fəaliyyətini Azərbaycanda siyasi, dini, sosial gərginliyi artırmağa, cəmiyyətdə qarşıdurmalar yaratmağa istiqamətləndirib. Misal üçün, baxın, ABŞ dövlətinə məxsus olan və Vaşinqtondan idarə olunan bu radio məscid adlandırılan qanunsuz bir tikilinin sökülməsini neçə şişirdir, radikal dindarların icazəsiz aksiyalarını necə dəstəkləyir, dövlət və cəmiyyətlə dindarlar arasında münasibətləri gərginləşdirmək üçün hansı texnologiyalardan istifadə edir? Hicabın hətta orta məktəblərdə təhsil alan azyaşlı uşaqlara belə geyindirilməsinə şərait yaradılmasını necə təbliğ edir?
Yaxud, ölkədəki siyasi müxalifətlə iqtidar arasındakı narazılıqları necə gücləndirir, onların funksionerlərinin bir-birilərinə qarşı açıqlamalarını necə şişirdiliş şəkildə cəmiyyətə çatdırır? Hansısa sosial problemləri qabardaraq insanlarda dövlətə qarşı inamsızlıq yaratmaq, hakimiyyət-cəmiyyət münasibətlərini gərginləşdirmək üçün hansı oyunlardan çıxır? Özü də bütün bunlar demokratiya, insan haqları kimi adlar altında necə cəmiyyətə sırınır.
"Azadlıq"ın "Demokratiya" dərdi
Maraqlıdır, "Azadlıq" radiosu demokratiya beşiyi kimi təqdim etdiyi ABŞ-da və bir çox Avropa ölkələrində ölüm hökmünün ləğv edilmədiyini, xarici yerüstü yayımların ölkə ərazisinə soxulmasına imkan verilmədiyini, zəncilərin hələ də aşağılandığını, Amerika əsgərlərinin İraqda, Vyetnamda, Koreyada, Əfqanıstanda və s ölkələrdə dinc sakinlərə necə divan tutduğunu... bilə-bilə başqa ölkələrdən hansı demokratiyanı tələb edir? Bir şey maraqlıdır- həmişə islamafobiyadan danışan, dinin güclənməsini istəməyən kimi görünən ABŞ əcəba nədən başqa ölkələrdə hətta təhlükəli hesab etdiyi və terrorçuluqda ittiham etdiyi radikal dini qruplaşmalara yardım edir, onları müdafiə edir? Nədən Vaşinqtona bağlı təşkilatlar başqa ölkələrdə heç bir ictimai dayağı olmayan siyasi, dini qüvvələri dəstəkləyir, nədən sosial problemləri qərəzli şəkildə təqdim edir?
Səbəb sadəcə insan haqları və demokratik yanaşmadırmı? Təəssüf ki xeyir! Gerçək səbəb budur- ABŞ hər hansı bir ölkəni tam nəzarət altına almaq, orada vətəndaş müharibəsi yaratmaq, hakimiyyəti özünün təsiri altına keçirmək üçün bu texnologiyalardan həmişə istifadə edir. Örnək olaraq, İranda islam inqilabından öncə radikal dindarlara verilən dəstəyi, Türkiyədə dini təriqətlərə və camaatlara göstərilən yardımları, Əfqanıstan, Pakistanda və digər müsəlman ölkələrində təriqətlərə yardımlar edərək vətəndaş müharibəsi yaratmaq kimi əməlləri göstərmək olar.
Halbuki, bu dəstək verilənlər yox, qarşı tərəfdəkilər Qərb dəyərlərini, demokratiyasını üstün tutur, Qərbə inteqrasiyanı vacib hesab edirdilər. Təəccüblüdür, deyilmi? Əslində, təəcüblü deyil. Bu bir siyasətdir- strateji planları həyata keçirmək üçün paradoksal siyasət. Bu siyasət isə əks-effektlər doğurmaqdadır.
"Ağ Ev"in qara "sevgi"si
ABŞ və Avropanın nədən türk dövlətlərində radikal islamçılara dəstək verdiklərinin, zərərli dini meyilləri gücləndirməyə çalışmaqlarının gerçək səbəbini anlamaq çətin deyil. Dindar kütlə əsasən savadsız, mövhumata meyilli olur, dünyanın siyasi-iqtisadi mənzərəsini analiz edə bilmir, təhsildə, elmdə, mədəniyyətdə yeni dövrün tələblərinə cavab verə bilmir və s. Nəticədə zəif, geridə qalmış ölkələr ortaya çıxır ki onları da idarə etmək və sümürmək asan olur. Bu qədər bəsit...
Bax bu siyasəti də Azərbaycanda medianın "Azadlıq" və "Amerikanın səsi" radioları, bəzi qəzet, jurnal, internet saytları vasitəsilə həyata keçirmək istəyirlər. Amma keçməz! Azərbaycan xalqı tolerantlıq kimi dəyərin yaradıcısı və daşıyıcıdır. Bu ölkədə zorla yaradılmağa çalışılmasına rəğmən heç zaman dini zəmində münaqişələr baş verməyib. İslam dininin daha çox daşıyıcısının olduğu Azərbaycanda heç zaman sünni-şiə, dindar-ateist qarşıdurması olmayıb. Çünki Azərbaycan Pakistan deyil, Əfqanıstan deyil, heç Türkiyə də deyil!
İkili standartlar siyasəti
Maraqlıdır ki, son zamanlar "Azadlıq" radiosu ermənipərəst mövqe ortaya qoymağa başlayıb. Bu radionun Azərbaycandakı bürosu bütün fəaliyyətini ölkədə çaxnaşma yaratmağa fokuslandırıb. Məntiqlə Ermənistanda da belə olmalıydı. Amma deyil! Bu ölkədəki "Azadlıq" radiosu Ermənistanın çoxsaylı problemlərini, insan hüququ pozuntularını, anti-demokratik rejimi tənqid etmək əvəzinə, bütün gücünü Azərbaycan əleyhinə informasiyalar yaymağa sərf edir. Türkiyə türkləri demiş, peki, nədən böylə ediyorlar? Bunu aydınlaşdırmağa çalışaq.
Öncə hər iki ölkənin ABŞ üçün önəminə qısaca toxunaq. Azərbaycan ABŞ-ın strateji müttəfiqidir, Ermənistan isə Rusiyanın. Azərbaycan bütün məsələlərdə- iqtisadi, hərbi, siyasi sahələrdə ABŞ-la və Avropa ilə fəal əməkdaşlıq edir, Ermənistan Rusiya ilə. Azərbaycan Qərb dəyərlərini, Qərb demokratiyasını üstün tutur, Avropaya inteqrasiya edir, Ermənistan Rusiyaya. Azərbaycan çoxmillətli, çoxdinli tolerant ölkədir, Ermənistan isə, monoetnik ölkə, bölgədə etnik təmizləmə siyasəti həyata keçirən işğalçı və terrorçu dövlətdir.
Belə situasiyada ABŞ-ın bölgə siyasəti ilk baxışda heç də məntiqli və ağıllı görünmür. Amma strateji hədəflərə baxarsaq, gerçək amacları görərsək, məsələ aydın olar. Yəni, bu ölkənin (və onun qlobal təbliğat ruporlarından olan "Azadlıq" radiosunun) dərdi demokratiya, insan haqları filan deyil, milli, dini ayrı-seçkilik, bölgədə xaos yaratmaqla hakim olma və siyasi nüfuzetmə staratejisidir. Tanış və tipik ingilis xarici siyasət taktikası- "Parçala hökm et" prinsipi!
Bu deyilənləri nəzərə aldıqda, qəti şəkildə və inkaredilməz formada bunları söyləyə bilərik- ABŞ demokratik dövlət deyil, onun yeritdiyi siyasət, üstün tutduğu dəyərlər, prinsiplər demokratiyaya ziddir, insan haqlarına aykırıdır. Belə olmasaydı, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı qınayar, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını tələb edər, olmayan bir "erməni soyqırımını" Türkiyənin gözünə soxmazdı.
Gecikmiş etiraf
ABŞ-ın İrana yönəlik siyasəti də təqdirəlayiq deyil. Nüvə silahı yaratmağa çalışan İrana hərbi müdaxilə planları hazırlayan ABŞ nədənsə öz əli ilə nüvə sihalı verdiyi ölkələrdən bunu tələb etməmişdi. İranda insanlar ən adi hərəkətlərdən dolayı edam olunur, milli azlıqlar elementar hüquqlarından belə yararlana bilmirsə, nədən Ağ Evdən səs çıxmır? Yaxın Şərqi terror yuvasına döndərən təşkilatlara maliyyə dəstəyini kim verir? Türkiyə kəşfiyyatı bu haqda müvafiq sənədləri ABŞ və Avropanın qarşısına qoyub, lakin bu dəstək nəinki dayandırılmır, əksinə, daha da gücləndirilir.
Ağ Ev başbilənləri bu bölgədə amerikançılığın getdikcə faşizmdən daha təhlükəli imic qazanmasını ya görmürlər, ya da görmək istəmirlər. Belə olmasaydı, "Con əmi" Gürcüstan, Azərbaycan, Türkiyə kimi müttəfiqlərini müdafiə etmək əvəzinə onlara problem yaratmağa çalışmazdı. Fakt odur ki, bölgədə qlobal güclərin böyük savaşı gedir və ABŞ bu savaşı uduzmaqdadır. Polşada, Ukraynada, Qırğızstanda, Gürcüstanda, Türkiyədə... və Azərbaycanda mövqelərini itirən Vaşinqtonun beyin mərkəzlərində ciddi problemlərin ortaya çıxdığı aydın görünür.
Bu problem "Wikileaks" rüsvayçılığından sonra daha kəskin şəkildə ortaya çıxıb. Açıqlanan məxfi sənədlər ABŞ diplomatiyasını gerçək üzünü ortaya qoydu. Şərq ölkələrindən birində çalışan və adının açıqlanmasını istəməyən Amerika diplomatlarından birinin "Reuters"ə dediyi sözlər durumu daha aydın ifadə edir: "Çox pis durumda qalmışıq. Situsiya gerçəkdən də ciddidir. Heç kim bizimlə danışmaq, işləmək istəmir. Məncə, baş verənlərdən sonra Vaşinqtonun özünə olan inamı bərpa etməsi üçün ən azı 5 il vaxt lazımdır".
Bura Azərbaycandır
Bir sözlə, ABŞ-ın dünyada və bizim bölgədə pis nəticələr doğuracaq siyasəti güclü informasiya təbliğatı aparılmaqla, ictimai zəmin yaradılmaqla həyata keçirilir. Bu prosesi həyata keçirən media quruluşlarından biri- Dövlət Departamentinin yayım orqanı olan "Azadlıq" radiosu heç günahsız öldürülən, şikəst edilən, dilənçi kökünə salınan milyonların səsini eşitmir-eşitdirmir, amma amerikan casusları ifşa edilərək həbs olunanda şivən qoparır.
Beləliklə, ABŞ Dövlət Departamentinin nəzarətində olan qlobal media quruluşları sırf Vaşinqtonun siyasətini yeritməklə qalmır, eyni zamanda ölkələrə təzyiq vasitəsi kimi istifadə edilir. Azərbaycanda bu missiyanı yerinə yetirən ən böyük qurum isə "Azadlıq" radiosudur. Bu radio öz qərəzli fəaliyyətini hələ də davam etdirir. Baxmayaraq ki, indiyədək qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Çünki yuxarıda dediyimiz kimi, bura nə Pakistan, nə də Əfqanıstandır, bura Azərbaycandır! Azərbaycanda vətəndaş həmrəyliyi, dövlət-xalq birliyi güclüdür- belə ölkələri isə içdən yıpratmaq olmur!

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB