Rusiyanın getdikcə sərtləşən mövqeyinin arxasında nələr durur? - TƏHLİL
Rusiyanın prezidenti Dmitri Medvedev 2 gün əvvəl verdiyi fərmanda Liviyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalara Rusiyanın da qatıldığını bildirmişdi. Fərmana əsasən, Rusiyadan Liviyaya silah və hərbi vəsaitlərin satışı qadağan edildi. Bununla yanaşı, hərbi mövzularla əlaqədar Liviyaya texniki, maliyyə və heyət köməyinin edilməyəcəyi də xüsusi nəzərə çarpanlar sırasında oldu. Bütün bunlara diqqət yetirdikdə açıq-aşkar görünür ki, Rusiya Liviyada baş verən hadisələrə öz sərt mövqeyini nümayiş etdirir.
Medvedev Liviyadakı əhalinin çağırışlarını əsas tutaraq Muammər Qəddafini "beynəlxalq sanksiyalar" mövzusunda xəbərdar etmişdi. Bu cür şərhlər isə yalnız Medvedeydən deyil, bir neçə dəfə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan da gəlmişdi.
Bu məqamda xatırladaq ki, təxminən 10 gün əvvəl Kremlində adı açıqlanmayan bir səlahiyyətli Qəddafinin "siyasi cəsəd" olduğunu bildirmişdi.
Bu gün Liviyada Qəddafinin müxalifətə qarşı istifadə etdiyi hərbi təyyarələr və bir sıra digər silahlar Rusiyada istehsal edilən vəsaitlərdir. Yəni burdan da belə nəticəyə gəlirik ki, Liviya Sovetlər Birliyinin və Rusiya Federasiyanının ən əhəmiyyətli silah idxalçıları arasında idi. Bəzi rus mənbələrinin verdiyi məlumatlara görə, keçən il Liviya, Rusiyadan 1.5 milyard dollarlıq silah idxal etmişdi. Yaxın gələcəkdə isə Rusiyanın silah şirkəti olan Rosoboroneksportun Liviyaya 2 milyard dollarlıq silah satması nəzərdə tutulurdu.
Rusiyalı iqtisadçıların fikirlərinə görə, Liviyaya qarşı sanksiyalara qoşulmaq qərarı əslində Moskvanın iqtisadi cəhətdən zərərə uğramasından başqa heç nə deyil. Çünki Rusiya bu qərarla ən azı 4 milyard dollar zərərə düşür.Buna bənzər bəzi hesablamalar Moskvanın iqtisadi-hərbi müttəfiqi olan Tehrana qarşı münasibətini dəyişməsi zamanı da gündəmə gəlmişdi. Bu baxımdan Liviyanı "İkinci Tehran" adlandıranlar da az deyil.
Əslində görünənləri nəzərə alsaq, rəsmi Moskva növbəti dəfə Qərb ilə əməkdaşlığı, milyardlarla dollarlıq gəlirdən üstün tutduğunu nümayiş etdirir. Bütün bunlar isə Rusiyanın xarici siyasətinin dəyişməsinin, yeni lider Medvedevin Qərb ölkələri ilə iqtisadi və texnoloji əməkdaşlığa əhəmiyyət verdiyinin göstəriciləridir.
Qərbdə baş verən hadisələrə dünya ölkələrinin yanaşması isə müxtəlifdir. Bəziləri Rusiyanın davranışının başqa ölkələrə əks təsir edəcəyini, bəziləri isə bu hadisələrin Qərbin quraşdırması olduğunu və nəticədə də Qərbin güclənəcəyini deyir. Bütün bunlarla yanaşı, xarici siyasətdə Medvedev ilə baş nazir Vladimir Putin arasında anlaşılmazlıq olduğunu, gənc dövlət başçınının ABŞ-a yaxınlaşmasının Putini narahat etdiyini iddia edənlər də az deyil.
Çox güman ki, bir yandan itirən Rusiya bir yandan qazanacağını əvvəlcədən düşünüb. Belə ki, hadisələrlə bağlı neftin qiymətinin bahalaşması Rusiyanın büdcəsinə ciddi gəlir gətirir. Rusiyanın mövqeyinin kökündə duran səbəblər isə hadisələrin axınında məlum olacaq...

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB