“Erməni qruplaşmasının enerjisi kəsildi” adlı əməliyyatın təfərrüatları
ABŞ-ın hüquq-mühafizə orqanları Kalifoniya ştatının cənubunda "Erməni gücü" (Armenian Power) etnik erməni cinayətkar qruplaşmasını həbs edəndən sonra bu qruplaşma barəsində yeni məlumatlar dərc olunmağa başlayıb. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları Kaliforniya ştatının cənubunda "Erməni gücü" (Armenian Power) adlı mütəşəkkil cinayətkar dəstənin 102 üzvü barədə cinayət işi qaldırıb. Lakin onlardan 72 nəfəri tutulub, 30 nəfər isə axtarışdadır. Tutulanların hamısı isə ermənilərdir. Ermənilərə qarşı həyata keçirilən və "Enerjinin kəsilməsi" adlanan əməliyyat zamanı əvvəlcə Kaliforniya ştatındakı ermənilərin "obyekt"lərini himayə edən dəstə üzvləri tutulub. Daha sonra isə qruplaşmanın tərkibindəki qatillər, reketlər, maliyyə fırıldaqçıları yaxalanıb.
Belə ki, həmin qruplar arasında bilavasitə bank kartları fırıldaqları ilə məşğul olan ermənilərin həyata keçirdikləri əməliyyatlardan birində "SoCal" maliyyə-investisiya qruplaşmasının müştərilərinin hesablarından 2 milyon dollar oğurlanması olub. ABŞ Federal Təhqiqat Bürosunun direktorunun yardımçısı Stiven Martines ermənilərin mafioz dəstəsinin bütün cinayətləri barədə məlumatsız olduqlarını deyib. Onun sözlərinə görə, Silver Leyk şəhərindəki "99 Cent Only" marketinin "Erməni gücü"nun himayəsində olması və faktiki olaraq bu mütəşəkkil cinayətkar qruplaşmaya işləməsi də dəqiqləşdirilib.
Eyni zamanda mətbu orqanlarında dərc olunan xəbərlərə əsasən həbs olunan qruplaşma Birləşmiş Ştatlardakı adi cinayətkar dəstələrdən biri olmayıb. Belə ki, ermənilərin ən sıx yaşadıqları Kaliforniya ştatında təhlükəli mafioz dəstəsini başqalarından fərqləndirən yerli mafioz qruplaşmalarla baş-başa gələrək şəhərdə "ZEK" lik etmək istəyi olub. Qruplaşmanı Qlendeyl və Los-Anceles şəhərlərindəki ermənilər 1980-ci illərdə əslən Latın Amerikasından olan mühacirlərin küçə bandalarından qorunmaq üçün yaratdıqları deyilir. Lakin onlar qətllər, atışmalar və reketliklə kifayətlənməyib narkoticarətdən tutmuş, adam oğurluğu, muzdlu qətllər, silah alveri, bank və maliyyə fırıldaqları, bank kartları ilə qanunsuz əməliyyatlar, insan alveri kimi cinayətlərə də məşğul olublar. Həmçinin Los-Ancelesdəki italyan mafiyası ilə "Erməni gücü" arasındakı "kriminal söhbət"ləridə də xeyli erməni və italyan mafioz həlak olub. Məhz bu səbəbdən də mütəşəkkil cinayətkar qruplaşmalara qarşı aparılan əməliyyatlardan fərqli olaraq, "Erməni gücü"nün üzvlərinin həbsini nəzərdə tutan əməliyyata Kaliforniya ştatının baş prokurorunun müavini Lenni Breyer, Los-Ancelesin şerifi Li Bak və ABŞ Federal Təhqiqat Bürosunun direktorunun yardımçısı Stiven Martines rəhbərlik ediblər. Əməliyyat bilavasitə ABŞ-ın ədliyyə naziri Andre Birottun nəzarətində olub.
ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları bildiriblər ki, qruplaşmanın Ermənistan və Rusiyadakı mütəşəkkil cinayətkar qruplaşmalarla yanaşı, korrupsiyaya uğramış dövlət məmurları ilə də sıx əlaqələri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB