Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başda Qarabağ müharibəsi olmaq üzrə bir çox siyasi, iqtisadi və ictimai çətinliklə üzləşmişdi. Bunlardan ən ağırı isə gənclərin o dövrün çətin şəraitindən və keçid dövrünün mənfi təsirlərindən qorumaq idi. Çünkü bu mənfi təsirlərə məruz qalan və milli vətənpərvərlik hissləri ilə böyüməyən gənclik gələcəkdə nəticə etibariylə həmin millətin özü üçün problemlər yaradır. O millət ki gəncliklə məşğul olmur, onun gələcəyi yox səviyyəsindədir.
Həmin çətin dövrdə ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının rəhbərliyinə gəlməsi ölkəmizin bir çox probleminin, o cümlədən gənclərin problemlərinin öz həllinin tapması ilə nəticələndi. Gənclərin problemlərinin həlli sahəsində tədbirlərin görülməsi, onların öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün şəraitin yaradılması müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrildi.
Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin 2 ümumrespublika forumunun keçirilməsi, 5 dövlət proqramının qəbul edilməsi, 1999-cu il iyulun 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət gənclər siyasəti haqqında" fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Azərbaycan Respublikasında gənclərlə işə xüsusi əhəmiyyət verildiyini göstərir.
Məhz ulu öndərimizin müəyyənləşdirdiyi, Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz yerini tutur. Bundan başqa ümummilli lider Azərbaycan gəncliyinin yüksək keyfiyyətlərə malik olmasına çalışır və müxtəlif çıxışlarında və yazılarında bunun əsas istiqamətlərini gənclərə göstərirdi. 2002-ci ildə ümumilli lider Heydər Əliyev tərəfindən "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra bu yöndə çox mühüm işlər həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin Yeni Azərbaycan Partiyasına axınını gücləndirir. Ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətləridir. Təsadüfi deyil ki, müasir gənclər də öz fəaliyyətlərini cəmiyətin geniş təbəqələrində ümummilli lider Heydər Əliyev ideyalarının ölməzliyinə və həmişəyaşarlığına olan möhkəm inamın daha da dərinləşməsi istiqamətində qurur, bu istiqamətdə mühüm işlər görürlər. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətimizin yeritdiyi gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Ulu öndərin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də onun gələcəyimizə verdiyi töhfələrdir. Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə və sair sahələrə göstərdiyi qayğı öz bəhrələrini verib. Ümummilli liderimiz daim məktəbliləri, tələbələri, ümumiyyətlə yeniyetmə və gəncləri diqqətdə saxlayıb, onların inkişafı üçün əlindən gələni edib.
Heydər Əliyev Azərbaycan gəncliyini müdafiə etməklə xalqın gələcəyini təmin etdi. Bu gün ölkəmizdə bütün gənclərin və yeniyetmələrin bir arzusu var - yaxşı təhsil almaq, vətənə layiqli övlad olmaq və xalqımızın gələcəyi üçün əlindən gələni etmək. Bu, xalqımızın ümummil lideri Heydər Əliyevin gənc və yeniyetmələrdən əsas tələbi idi. Bu günki müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də Azərbaycan gəncliyidir. Gənclərimizin əsil Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.
Qeyd edək ki, 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral- Azərbaycan gəncləri günü kimi təsdiq olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox önəmli hesab edərək deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
Ulu öndərimiz deyirdi: "biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik". Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və O, 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək demişdi: "Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsizin, əziz övladlar!"
Məhz Heydər Əliyevin rəhbərliyi ilə təhsil ocaqlarında gənclərin bilik qazanması üçün yüksək şərait yaradılıb. Dövlət vəsaiti hesabına müasir məktəblər tikilib, tədris müəssisələri kompüterlərlə təchiz edilib. İndi bütün şagirdlər ən gözəl məktəblərdə təhsil alırlar. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhtəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökümət qurumlarından, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini- musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur.
İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha- yeni uğurlara imza atmağa daha yaxındır. Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi Onun fəaliyyətinin əsasını təşkil edir.
Bu gün ölkəmizdə gedən proseslər göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu Prezident İlham Əliyevin uğurla daqvam etdirdiyi "böyük gələcək" siyasəti artıq öz bəhrələrini verir. SİA olaraq biz də bütün Azərbaycan gənclərini 2 Fevral- Gənclər günü münasibətilə təbrik edir, onlara ölkəmizin gələcəyi uğrunda apardıqları bütün işlərdə uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB