Son günlərdə xarici mətbuatda "İsrail türkləri ərəblərlə qarışdırır" başlıqlı bir sıra yazılar diqqətimizi çəkir. SİA-bu başlıqların mənbəyini və İsrail-Türkiyə münasibətlərindəki son vəziyyəti araşdırıb.
Bu gün geriyə dönüb tarixə nəzər saldığımızda İsrailin Türkiyəyə qarşı bir sıra yanlışlar etdiyinin şahidi oluruq. "Mavi Mərmərə" məsələsindən bu yana İsrailin gündəmdə olan bir çox yanlış davranışları da məhz bunun göstəricisidir. "Ona Minute" çıxışı ilə dünya gündəmində şok yaradan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı ciddiyə almayan İsrail tərəfi bununla yanaşı, Türkiyənin necə dəyişdiyini də tam olaraq qəbul edə bilmir. Artıq Türkiyə mövcud ola biləcək hər hansı bir siyasi qalmaqalın qarşısını ala bilmək üçün güzəştə gedən tərəflər sırasında deyil. Etdiyi açıqlamalardan açıq aşkar görünür ki, Türkiyə nə Amerikanın reaksiyasından çəkinir, nə də İsrail ilə münasibətlərin kəskinləşməsindən!
Sırf öz mənafeyinə uyğun olaraq məhdudlaşdırılmış çərçivədə siyasət yeridən Türkiyə hər atdığı adımla dünya ictimaiyyətinə mesaj verir. "Mavi Mərmərə" məsələsindən sonra Türkiyənin İsrailə sərt reaksiya verməsinin əsas səbəblərindən biri də, gəmiyə edilən hücumun 9 nəfərin ölümü ilə nəticələnməsinə baxmayaraq, İsrailin Türkiyəni günahlandırması olub. Çox təəssüf ki, İsrailin xarici işlər naziri Lieberman və baş nazir Bünyamin Netenyahu Türkiyəni istədikləri şəkildə idarə edə biləcəklərini düşünürlər.
"Nyu-York tayms" qəzetində yayımlanan açıqlamalardan birində Netenyahunun sözləri diqqətimizi çəkdi: "Nə üzr istəyəcəyik, nə də təzminat ödəyəcəyik. Burada bizim günahkar olduğumuz bir məsələ yoxdur. Türkiyəyə üzr borclu deyilik". Bu sözlər İsrail-Türkiyə münasibətlərinin qaydaya salınmasının getdikcə çətinləşdiyini, tərəflər arasında kəskin anlaşılmazlıqların artacağını göstərir.
Ərdoğan getdikcə haqlı çıxır.
Rəcəb Tayyib Ərdoğanın İsrailə istiqamətlənmiş siyasətini türklər özləri də tənqid edirdi. İsrail günahkar idi, Qəzzaya qarşı cinayət işləyirdi, amma yenə də dünya mətbuatında türklərin "One Minute" kampaniyasının sərt olduğu, İsrailə qarşı həddindən artıq sərt münasibət göstərildiyi fikirləri müzakirə edilirdi. Ərdoğan açıqlamalarının birində İsrailə türklərin ərəblərə bənzəmədiyi mesajını verib: "İsrail bizi ərəblərlə qarışdırır. Ərəblərə etdiyi zülmü Türkiyəyə də edə biləcəyini, Türkiyənin də bunu qəbul edəcəyini düşünür. Ama yanılır. Türkiyə artıq əvvəlki Türkiyə deyil. Daxili və xarici siyasəti ilə dünyaya meydan oxuya biləcək bir Türkiyə olduğumuzu, istənilən yerdə haqlarımızı istənilən şəkildə qorumağı bacaracağımızı İsraillə yanaşı, bütün dünya ölkələri bilməlidirlər".
Açıqlamada verilən mesaj ortadadır. Türkiyə şərtlərindən güzəşt etməyəcəyini, İsrailin qərarları ilə razılaşmayacağını hər fürsətdə sərt bir şəkildə dünyaya çatdırır. İsrail-Türkiyə arasındakı iğtişaşlar ABŞ ilə əlaqələrin zədələnməsinə, münasibətlərin qopma dərəcəsinə çatmasına səbəb olmuşdu. Məhz buna görə də, türklər özləri də münasibətlərin bərpa olunmasının tərəfdarı idilər. Amma zaman-zaman Netanyahu-Lieberman cütlüyü uzlaşmaq yerinə Türkiyəni günahlandırmağa başladılar.
Üzr və təzminat məsələsi gündəmdədir.
Türkiyə-İsrail gərginliyi ən çox Vaşinqtonu narahat edir. ABŞ-ın əlaqələrin nizama salınması üçün hər iki tərəfə etdiyi təzyiq və cəhdlər göz qabağındadır. İsraildə baş verən böyük yanğın münasibətlərin düzəlməsinə təkan vermişdi. Ərdoğanın yanğın xəbərindən dərhal sonra İsrailə yardım məqsədi ilə 2 təyyarə göndərməsi, İsrailin baş naziri Netanyahunun da təyyarələri şəxsən qarşılaması, hətta pilotların əllərini sıxması, mesaj dolu jestlər idi.
Lakin Türkiyə üzr və təzminat tələbindən qəti surətdə imtina etmir. 9 Türk vətəndaşının beynəlxalq sularda vəhşicəsinə öldürülməsi hadisəsindən sonra, İsrailin Türkiyədən üzr istəməsi və həyatlarını itirənlərin ailələrinə təzminat ödənməsi tələbləri hələ də gündəmdəki mövzulardandır.
Üzr və təzminat tələbinə İsrailin rədd cavabı verməsi Türkiyə-İsrail əlaqələrinin, yeni bir hökumət qurulana və Qəzza embarqosunun qalxacağı günə qədər nizama salınmasının daha da çətinləşdiyini göstərdi. Hazırda tək çarə olaraq gözlər Avropa İttifaqının hazırladığı hesabatın üzərindədir. Əgər bu hesabatın nəticələri İsrailin əleyhinə olsa, onda yeni danışıqlar başlaya bilər. Əks halda, bu günki vəziyyət hələ çox davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB