Bizə Media Ombudsmanı lazımdırmı? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, ölkə prezidenti Milli Məclisə yeni layihə göndərib. Layihə ombudsmanın səlahiyyətlərinin artırılmasını, "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" konstitusiya qanununa əlavə və dəyişikliklər edilməsini nəzərdə tutur. 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" qanunda isə mətbuat üzrə ombudsman institutunun yaradılması nəzərdə tutulur. Belə ziddiyyətli situasiyada məsələnin necə həll olunması barədə ekspertlər hansı fikirdədirlər?

Ombudsman: "Mən bu işin də öhdəsindən gələ bilərəm"

"Media məsələləri üzrə müvəkkilin səlahiyyətləri istər mənə tapşırılsın, istərsə də bunun üçün xüsusi bir qurum yaradılısın, fərq etməz. Əsas odur ki, səmərəli olsun". Bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

"Azərbaycanda media məsələləri üzrə müvəkkilin səlahiyyətləri ombudsmana verilərsə onun qərəzsiz, hüquqi, ədalətli bir qurum kimi fəaliyyət göstərməsinə çalışacağam. Bu işin öhdəsindən gəlməyə həyat və təşkilatçılıq təcrXəbər verdiyimiz kimi, ölkə prezidenti Milli Məclisə yeni layihə göndərib. Layihə ombudsmanın səlahiyyətlərinin artırılmasını, "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" konstitusiya qanununa əlavə və dəyişikliklər edilməsini nəzərdə tutur. 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" qanunda isə mətbuat üzrə ombudsman institutunun yaradılması nəzərdə tutulur. Belə ziddiyyətli situasiyada məsələnin necə həll olunması barədə ekspertlər hansı fikirdədirlər?übəm imkan verir. Bəziləri deyir ki, işlərim çox olduğundan bu işin öhdəsindən gələ bilmərəm. Bu, Ombudsman Aparatının nəzdində olsa çox müstəqil olar və müstəqil fəaliyyət göstərər", - deyə E.Süleymanova bildirib.

Müvəkkil bildirib ki, bu səlahiyyət Ombudsman Aparatına verilərsə, əlavə ştatlar açılacaq və peşəkar jurnalistlər işə dəvət olunacaq: "Bizim ştatdan əlavə xeyli ştat vahidi açılacaq. Ayrıca İnformasiya Ombudsmanı yaradılarsa, biz bu qurumla da sıx əməkdaşlıq edərik. Ombudsman Aparatında yaradılarsa tam yeni struktur vahidi olacaq".

Qeyd edək ki, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, məlumat almaq azadlığı insan hüquqları sisteminə daxildir və bu baxımdan media ombudsmanının səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsi məqsədəuyğundur: "Ombudsman vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə sıx əlaqə qurub və bu sahədə təcrübəyə malikdir".

"İndiki reallıq bu səlahiyyətlərin Ombudsmana verilməsini tələb edir"

"Media hüquqları üzrə ombudsman səlahiyyətlərinin Ombudsman Aparatına verilməsini bugünkü reallıq üçün normal hesab edirəm". SİA-ya açıqlamasında bu sözləri Milli Məclisin İnsan haqqları komitəsinin sədri Rəbiyyət Aslanova media hüquqları üzrə ombudsman səlahiyyətlərinin Ombudsman Aparatına verilməsi ilə bağlı birmənalı olmayan fikirlərə münasibət bildirərkən deyib. Keçən illər ərzində media üzrə ombudsmanın təyin olunmadığını deyən millət vəkili bu boşluğu doldurmağa ehtiyacın yarandığını qeyd edib. Boşluğu doldurmaq üçün yeni bir quruma ehtiyac olmadığını vurğulayan komitə sədri Ombudsman Aparatının da bu missiyanı üzərinə götürə biləcəyini dilə gətirib: "Azərbaycan Ombudsmanı elə bir imkanlara malikdir ki, informasiya məsələləri üzrə Ombudsman səlahiyyətlərinin də yerinə yetirilməsində heç bir problem yoxdur".

"Azərbaycan mediasının inkişafı, özünəməxsusluğu imkan vermirdi ki, media üzrə Ombudsman yaradılsın",- deyən millət vəkili gələcəkdə bunu mümkün hesab edir: "Hər halda indiki reaalıq media üzrə səlahiyyətlərin Azərbaycan Ombudsmanına verilməsini tələb edir".

"İnformasiya üzrə Ombudsmanın yaradılmasına böyük ehtiyac var"

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə deyir ki, 5 il öncə qəbul olunan qanuna dəyişiklik edilmədən yeni qanunun qəbulu düzgün deyil. Müstəqil informasiya üzrə Ombudsman Aparatının yaradılmasına ehtiyac olduğunu deyən Y.Məmmədli SİA-ya bildirib ki, informasiya üzrə Ombudsman yalnız jurnalistlər deyil, bütün vətəndaşlar üçündür. 2005-ci ildə qəbul olunan "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda da informasiya məsələləri üzrə Ombudsmanın fəaliyyət üçün kifayət qədər əhatəli strategiya müəyyənləşdirildiyini deyən DJL rəhbəri bildirib ki, hər bir vətəndaşın informasiya əldə etmək hüququ təsbit olunub: "Hər bir vətəndaşın qanunvericilikdə nəzərdə tutulduğu formada informasiya əldə etmək hüququ var. Bu hüquqlar pozulduğu halda məhkəməyə qədər bu məsələlərlə məşğul olacaq qurum informasiya üzrə Ombudsman Aparatı ola bilər. Hesab edirəm ki, cəmiyyətin diqqət mərkəzində olan bir məsələdir və informasiya üzrə Ombudsmanın yaradılmasına böyük ehtiyac var".

"İnformasiya əldə etmək haqqında" qanunun qəbul olunduğu 5 il müddətində qanuna müvafiq olaraq informasiya Ombudsmanın yaradılmamasının səbəbinə gəlincə, Y.Məmmədli bu məsələnin sırf prezidentin səlahiyyətində olduğunu qeyd edib. Məsələnin yenidən gündəmə gətirilməsinin də sevindirici olduğunu söyləyən DJL rəhbəri məsələnin indiki formada qəbulunun narahatlıq doğurduğunu deyib.

"Şəffaflıq, demokratiya qurmaq istəyən ölkələrdən ötrü bu, vacibdir"

Media ekspert Zeynal Məmmədli də "Səs"ə açıqlamasında media ombudsmanının təyin olunmasının çox vacib olduğunu bildirib: "Bütün bədbin proqnozlara baxmayaraq, ayrıca Media Ombudsmanının təyin edilməsinə kəskin ehtiyac duyulduğunu düşünürəm. Fikrimcə, dövlətdən maliyyələşsə və indiki Azərbaycan reallığında, yumşaq desək, özünü xeyli dərəcədə doğrultmasa da, bəzi ictimai önəmli qurumların formalaşdırılması vacibdir. Media ombudsmanı da həmçinin. Şəffaflıq, demokratiya qurmaq istəyən ölkələrdən ötrü bu, vacibdir".

Ekspertin fikrincə, müstəqil media elementləri qalarsa (ən pis halda) və ya media bazarı gəlişərsə, Media Ombudsmanı bütövlükdə ombudsman institutu, MTRŞ, eləcə də İTV-nin Yayım Şurası qədər arxa planda qala bilməyəcək: "Özəlliklə media bazarına xarici sərmayənin yolu açılarsa, Media Ombudsmanının fəaliyyəti diqqət mərkəzində olacaq. Belə qurumlara hökumətin birbaşa təzyiqi danılmaz olsa da, ictimai nəzarətə yol açan heç nəyin olmamasındansa, az bir şeyin olmasını çox vacib sayıram. Biz təkcə bu günü deyil, sabahı düşünməyə məhkumuq".

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası media məsələləri üzrə ombudsman səlahiyyətlərinin insan hüquqları üzrə Ombudsmana verilməsinin qarşısının alınması üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda da informasiya məsələləri üzrə ombudsmanının fəaliyyət üçün kifayət qədər əhatəli strategiya müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə