Azərbaycan ermənilərin silah desertini burunlarından gətirəcək-TƏHLİL

Rusiya-Azərbaycan yaxınlaşması son zamanlar erməni mətbuatının dilindən düşmür. Nəzərə alsaq ki, sabah Rusiya prezidenti Dimitri Medvedevin Azərbayacana səfəri planlaşdırılır. Qısqanclıq hissi anlaşılandır. Əsasən bu qısqanclıq Ermənistanın daxilində büruzə verməsə də xaricdə yaşayan ermənilər bunu artıq komplekt şəkildə mətbuatda yaymağa başlayıblar. İctimai Demokrat Hınçak Partiyası Mərkəz İdarə təşkilatının üzvü, Los-Angelesdə yaşayan Hambik Sarafyan Rusiya və Azərbaycan arasındakı əlaqələrin getdikcə yaxınlaşdığını bu zəmində Emənistanın bunu görmək istəmədiyini bəyan edib. O, bəyan edib ki, Rusiya tərəfindən Azərbaycana C-300 tipli havadan müdafiə raket sistemlərinin satılması Ermənistandakı Rusiya Federasiyasına aid əsgəri əsasların vəzifə müddətinin uzadılması və Ermənistan Respublikasının təhlükəsizliyinin təmininə boyun durması Cənubi Qafqazda tarazlığın qorunması istiqamətində atılan addımlardan biridir. "Rusiyanın bu əməliyyatları tərəflər arasında guya tarazlığı qoruma imici meydana gətirmə və daha çox bizə təsəlli vermək məqsədi daşıyır. Mən eyni təhlükəsizlik şurası içində əməkdaşlıq etməyimizə baxmayaraq Rusiyanın Ermənistan Respublikasının təhlükəsizliyini müdafiə edəcəyinə əsla inanmadım, indi də inanmıram. Rusiyanın mənfəətləri bu gün Ermənistandan çox daha fərqli bir sahədir. Azərbaycan hərbi yolla problemi həll etməyə qərar versə, Rusiyanın tam olaraq Ermənistanı müdafiə edəcəyini və Azərbaycana qarşı silah istifadə edəcəyini təsəvvür edə bilmirəm".

 

H. Sarafyan sözlərinə görə, strateji baxımdan Rusiya üçün Azərbaycanla əlaqələr çox əhəmiyyətlidır. Çünki Azərbaycan yalnız neft boru xəttlərinin ortasında dayanmaqla yanaşı eyni zamanda İranla sərhəd ölkə olaraq Rusiya üçün İranla əlaqələrinin qurulmasında əhəmiyyətli bir vasitə rolunu oynaya bilər: "Ayrıca, amerikalı ermənilər Azərbaycanın iqtisadi inkişafını da diqqətdən kənarda saxlamırlar, çünki bu ölkənin əhəmiyyətinin böyüməsi doğrudan İran və bütün dünyadakı əlaqələrlə bağlı bütün sferalarda irəli addım atacağının göstərir. Biz Amerika-Azərbaycan əlaqələrini görüb həqiqətən çox narahatıq. Dağlıq Qarabağ problemi olduğu müddətcə Ermənistan-Azərbaycan bərabərliyinə istiqamətli hər hansı bir meyl və Azərbaycanın rolunun artması, Dağlıq Qarabağ probleminin həlli üzərində mənfi təsir göstərir".

 

Daha bir faktor. Ermənistan tərəfi Azərbaycanın hərbi potensialının güclənməsindən də qorxur. Ermənistanın eks xarici işlər nazirinin köməkçisi Masis Mayilyan Azərbaycana Rusiya tərəfindən satılan S-300 tipli havadan müdafiə raket sistemlərinin təhlükəli olduğunu bəyan edib. Mayilyan gələcəkdə Dağlıq Qarabağda əməliyyatın reallaşması vəziyyətində bunun bölgədəki güc balansının Azərbaycan tərəfində olacağını bildirib: "Bu sistemlər müdafiə etmək məqsədi daşıyır. Azərbaycanın döyüş əməliyyatlarına təkrar başlamağa qərarı verməsi vəziyyətində, rəqibə qarşı hücum olarsa, Azərbaycan tamamilə müdafiə sistemində uğurlar əldə edəcək. Yəni C-300 sistemlərinə sahib olan Azərbaycan daha az zərər görə bilər. Bu özünəgüvənclik Azərbaycanı daha təcavüzkar əməliyyatlara təhrik edə bilər"- deyə o bildirib.

 

Strateji və Milli Araşdımalar Mərkəzi direktoru Riçard Giragosiyan isə Rusiyanın Ermənistana hər hansı bir şəkildə köməyi ilə bağlı sözlərə şübhə ilə baxdığını bildirib. Onun sözlərinə görə, Ermənistan öz gücünü artırmalı və ümidini istər NATO, istərsə də Rusiya və ya başqa bir super xarici dövlətlərin yalan sözlərinə bağlamamalıdır. Bütün hallarda Ermənistanı xaricdə təmsil edən şəxslərin bu cür bəyanatları hazırki durumun rəsmi İrəvan üçün nə qədər ciddi olduğunu ortaya qoyur. Televiziyalarda hürüb, arxada quyruq buluyan ermənilər digərlərini kölgəsində uzanıb dincəlmək niyyətləri yenə də boşa çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə